Kontentə keç

Ramapodakı kompleksin gələcək görüntüsü

27 APREL 2022
DÜNYADAN XƏBƏRLƏR

Ramapodakı tikinti

Kompleksə aparan yolun genişləndirilməsinə icazə verildi. Növbədə layihənin yekun təsdiqidir

Kompleksə aparan yolun genişləndirilməsinə icazə verildi. Növbədə layihənin yekun təsdiqidir

Ramapo tikinti layihəsi üzərində işləyən İnşaat layihə komitəsi 2022-ci il martın 8-i Taksido Şəhərsalma Şurasından Ramapo kompleksinə aparan yolun genişləndirilməsinə və yenidən qurulmasına icazə aldı. İndi biz işə başlaya bilərik. Əsas tikintiyə başlamaq üçün layihənin yekun təsdiqini — Ramapo Şəhərsalma Şurasının a tikinti planının təsdiqini almaq qalıb.

İnşaat layihə komitəsinin koordinatoru Robert Makredmond deyir: «Layihə üzərində işə təzə başlayanda başa düşdük ki, kompleksə aparan yol yenidən qurulmalıdır. Əlimizdəki icazə ilə indi biz podratçı tutub yolların kəsişdiyi hissəni yenidən qura və genişləndirə bilərik. Bu, bütün avtomobillərin yolda təhlükəsiz hərəkətini təmin edəcək. Podratçılar işi bu yayın sonuna kimi başa çatdırmalıdır. Bundan əlavə, könüllü inşaatçılarımız tarixi daş körpünün təmirini artıq yekunlaşdırmaq üzrədirlər».

Tikinti sahəsinə girişdən təxminən bir kilometr məsafədə yerləşən daş körpü (hələ tam hazır deyil)

İnşaat layihə komitəsində xidmət edən başqa bir qardaş, Qeri Stradovski, deyir: «Bu icazəni aldığımıza çox sevinirik. Bir azdan layihənin qalan hissəsi də təsdiqlənəcək. Tikinti planının təsdiqini alandan sonra podratçılar ərazini təmizləməyə və hazırlıq işlərini görməyə başlayacaqlar. Ola bilsin, bu, 2022-ci ilin sonunda olsun. İş plan üzrə gedərsə, könüllülər 2023-cü ilin ortalarında işə başlayacaqlar».

Bu çox sevindirici xəbərdir. Dua edirik ki, Yehova Öz müqəddəs ruhu ilə bu layihəyə rəhbərlik etməyə davam etsin (Zəkəriyyə 4:6).

a Ramapodakı kompleksin ərazisi iki dairəyə: Orinc və Roklend (ABŞ, Nyu-York ştatı) dairələrinə düşür. Buna görə də İnşaat layihə komitəsi həm Taksido, həm də Ramapo Şəhərsalma Şuralarının icazəsini almalıdır.