4 İYUN 2020
DÜNYADAN XƏBƏRLƏR
Krım Ali Məhkəməsinin qərarı ilə Artyom Gerasimov altı il müddətinə həbsə məhkum edilib
4 iyun 2020-ci il tarixində Krım Ali Məhkəməsi dininə dinc etiqad etdiyinə görə qardaşımız Artyom Gerasimovu altı il müddətinə həbsə məhkum edib. Bundan əvvəl Artyom qardaş Yalta Şəhər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 400000 rubl (təxminən 6000 ABŞ dolları) məbləğində cərimə edilmişdi. Artyom qardaş həmin hökmdən Ali Məhkəməyə verdiyi şikayətində xahiş etmişdi ki, məhkəmə onu təqsirsiz elan etsin, lakin məhkəmə şikayəti təmin etmədi və onu daha da sərtləşdirdi. Qərar dərhal qüvvəyə mindi və Artyom qardaş məhkəmə zalındaca həbs edildi. O, qərardan şikayət verəcək.