27 FEVRAL 2020
DÜNYADAN XƏBƏRLƏR
Krım məhkəməsinin Artyom Gerasimovun işi üzrə qərarının elan edilməsi gözlənilir
3 mart 2020-ci il tarixində Krım Respublikasının Yalta Şəhər Məhkəməsinin Artyom Gerasimovun işi üzrə qərarının elan edilməsi gözlənilir. Prokuror imanına görə onun üçün altı ilə yarım həbs cəzası istəyib.
Artyom Gerasimov 20 mart 2019-cu il tarixində — Federal Təhlükəsizlik Xidmətinin (FSB) Krım yarımadasının Alupka və Yalta şəhərlərində Yehovanın Şahidlərinin yaşadığı səkkiz evə keçirdiyi reyddən sonra müvəqqəti saxlanılaraq sorğu-sual edilmişdi. Axtarış zamanı FSB əməkdaşları kompüterlər və digər elektron cihazlar, eləcə də Müqəddəs Kitablar müsadirə etmişdilər. Sonradan FSB müstəntiqləri onu sadəcə başqaları ilə görüşüb Müqəddəs Kitabı müzakirə etdiyi üçün ekstremist fəaliyyəti təşkil etməkdə ittiham etmişdilər.
Biz tam əminik ki, Yehova imanlarına görə ədalətsiz hücumlara məruz qalan bacı-qardaşlarımıza güc və cəsarət verəcək (Zəbur 138:3).