25 OKTYABR 2021
DÜNYADAN XƏBƏRLƏR
Krımda İqor Şmidt qardaşa hökm oxundu
YENİLƏNİB | İqor Şmidt qardaşın apelyasiya şikayəti təmin edilmədi
13 yanvar 2022-ci il tarixində Sevastopol Şəhər Məhkəməsi İqor Şmidt qardaşın apelyasiya şikayətini təmin etmədi. O, həbsdə qalacaq.
Hadisələrin gedişatı
22 oktyabr 2021-ci il tarixində Krım Respublikasının Sevastopol Şəhərinin Qaqarinski Rayon Məhkəməsi İqor qardaşı altı il müddətinə həbsə məhkum etdi. Hökm elan edildikdən dərhal sonra o həbs edildi.
22 aprel 2021-ci il
Cinayət işi üzrə ilk məhkəmə iclası keçirildi.
23 mart 2021-ci il
İqor istintaq təcridxanasından ev dustaqlığına keçirildi.
1 oktyabr 2020-ci il
İqoru qadağan edilmiş dini təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edib müvəqqəti saxlama kamerasına saldılar. İki gündən sonra onu istintaq təcridxanasına keçirdilər.
Qardaş barədə məlumat
Biz əminik ki, Yehova Rusiyadakı bacı-qardaşları tək qoymayacaq və lütfü ilə onların ətrafında qalxan olacaq (Zəbur 5:12).