Kontentə keç

Soldan sağa: Vladimir Maladıka; Vladimir Sakada həyat yoldaşı Svetlana ilə; Yevgeni Jukov

9 MAY 2022
DÜNYADAN XƏBƏRLƏR

Krımda Yehovanın dəstəyi sayəsində mətin duran dindaşlarımız | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

Krımda Yehovanın dəstəyi sayəsində mətin duran dindaşlarımız | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

6 oktyabr 2022-ci il tarixində Sevastopol Şəhərinin Naximov Rayon Məhkəməsi Vladimir Maladıka, Vladimir Sakada və Yevgeni Jukovun işi üzrə qərar çıxarıb. Qardaşlar təqsirli bilinərək altı il müddətinə həbsə məhkum edilib. Qərar dərhal qüvvəyə minib.

Hadisələrin gedişatı

  1. 1 oktyabr 2020-ci il

    Vladimir Maladıka, Vladimir Sakada və Yevgeni Jukov da daxil olmaqla, FTX əməkdaşları Sevastopoldakı doqquz Yehovanın Şahidinin evində axtarış apardı. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Vladimir Maladıkanın evində paketin içində quru süd aşkar etdilər. Müstəntiq bunun narkotik olduğunu iddia edərək, Vladimiri və onun həyat yoldaşı Nataliyanı psixonevroloji dispanserə icbari müayinəyə göndərdi. Nataliyanı həmin gün azad etdilər. Qardaşların üçünü də tutdular, növbəti gün isə istintaq təcridxanasına saldılar.

  2. 23 mart 2021-ci il

    Vladimir Sakadanı istintaq təcridxanasından ev dustaqlığına keçirdilər. Onun üzərinə elektron izləmə cihazı yerləşdirdilər, internetdən, telefondan istifadə etməyi və barəsində cinayət işi açılan digər qardaşlarla ünsiyyət etməyi qadağan etdilər.

  3. 30 mart 2021-ci il

    Vladimir Maladıkanı istintaq təcridxanasından ev dustaqlığına buraxdılar.

  4. 17 may 2021-ci il

    Yevgeni Jukovu istintaq təcridxanasından ev dustaqlığına buraxdılar.

  5. 30 sentyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaşlar barədə məlumat

Şübhə etmirik ki, Yehova Krımda təqib olunan bütün bacı-qardaşların ürəyini əzmli edəcək (1 Salonikililərə 3:12, 13).