Kontentə keç

Qardaşımız Sergey Filatov

2 MART 2020
DÜNYADAN XƏBƏRLƏR

Krımda cinayət təqibi ilə üzləşən ilk Yehovanın Şahidinin işi üzrə hökm çıxarılması gözlənilir

Krımda cinayət təqibi ilə üzləşən ilk Yehovanın Şahidinin işi üzrə hökm çıxarılması gözlənilir

5 mart 2020-ci il tarixində Krım Respublikasının Cankoy Rayon Məhkəməsinin Sergey Filatovun işi üzrə hökm çıxarması gözlənilir. Prokuror məhkəmədən Sergey qardaşın yeddi il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs olunmasını istəyib. Sergey Filatov Krımda Rusiya Cinayət Məcəlləsini pozmaqda ittiham olunan ilk Yehovanın Şahididir.

Bundan əvvəl xəbər verildiyi kimi, Sergey qardaş son illərdə qardaşlarımıza qarşı təşkil olunmuş ən böyük xüsusi əməliyyatlardan biri zamanı saxlanılmışdı. 1 oktyabr 2017-ci il tarixində o, evində toplaşmış dost-tanışları ilə birgə Müqəddəs Kitabı araşdırır və həmd nəğmələri oxuyurdu. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları həmin görüşü gizli audioyazıya almışdılar. Bundan təxminən bir il sonra, 15 noyabr 2018-ci il tarixində axşam saatlarında 200-ə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşı həmin ərazidə Yehovanın Şahidlərinin yaşadığı səkkiz evə reyd keçirmişdi. Hüquq-mühafizə orqanlarının 35 əməkdaşı Sergey qardaşın evində axtarış aparmışdı. Bu əməkdaşların təxminən yarısı xüsusi qüvvələrdə xidmət edən silahlı əsgərlər idi. Sergey qardaşı sorğu-sual etdikdən sonra azad etdilər.

Sergey və onun həyat yoldaşı Natalya, ikisi azyaşlı olmaqla, dörd uşaq sahibidir. Sergey qardaş işi üzrə qərarın verilməsini gözlədiyi bir vaxtda, biz dua edirik ki, o, ailəsi ilə birgə Yehovaya pənah gətirsin və əmin olsun ki, Yehova bu dar günlərində onlara dayaq olacaq (Zəbur 46:1).