Kontentə keç

8 MAY 2024
DÜNYADAN XƏBƏRLƏR

Leysan yağışları Keniya və Tanzaniyada şiddətli daşqına səbəb olub

Leysan yağışları Keniya və Tanzaniyada şiddətli daşqına səbəb olub

2024-cü ilin aprel ayında Keniya və Tanzaniyada yağan leysan yağışları şiddətli daşqına səbəb olub. Keniyada 185 000-dən çox insan evini tərk etməli olub və 200-ə yaxın insan həyatını itirib. Qonşuluqda yerləşən Tanzaniyada 200 000-ə yaxın insan evlərindən didərgin düşüb və 200-ə yaxın insan həlak olub. Qarşıdakı həftələrdə daha şiddətli leysan gözlənilir.

Bacı-qardaşlara təsiri

  • Əfsuslar olsun ki, 1 bacı və onun qızı həlak olub

  • 59 təbliğçi təxliyə olunub

  • 14 evə ziyan dəyib

  • 3 ibadət evinə və 1 teokratik məktəb binasına ziyan dəyib

Yardım işləri

  • Rayon nəzarətçiləri və ağsaqqallar daşqından zərərçəkənlərə ruhani və əməli kömək göstərir

Bu təbii fəlakətdən zərər çəkən dindaşlarımız üçün dua edirik. Çətin dövrdə yaşamağımıza baxmayaraq, əminik ki, tezliklə «qorxu, dəhşət üçün bir səbəb olmayacaq» (Əşiya 54:14).