Kontentə keç

Avropanın bir çox yerlərində toplaşan bacı-qardaşlar kürd kurmanci və kürd kurmanci (Qafqaz) dillərində işıq üzü görən «Mətta» bölməsinə görə çox sevinirlər

11 İYUL 2023
DÜNYADAN XƏBƏRLƏR

«Mətta» bölməsi kürd kurmanci və kürd kurmanci (Qafqaz) dillərində işıq üzü gördü

«Mətta» bölməsi kürd kurmanci və kürd kurmanci (Qafqaz) dillərində işıq üzü gördü

2 iyul 2023-cü ildə Müqəddəs Kitabın «Mətta» bölməsinin işıq üzü gördüyünü elan etmək üçün iki kürd dilində iki ayrı tədbir keçirildi. Almaniyada bu nəşrin kürd kurmanci dilində, Gürcüstanda isə kürd kurmanci (Qafqaz) dilində çıxdığı elan olundu. Bu görüşlərdə təxminən 750 nəfər iştirak etmişdi.

Kürd kurmanci

Mərkəzi Avropa filialının komitə üzvü Dirk Çupek qardaş Almaniyanın Zelters şəhərindəki Mərkəzi Avropa filialında kürd kurmanci dilində keçirilən görüşdə «Mətta» bölməsini təqdim edib. İştirakçılara çap olunmuş nüsxələr paylanıldı. Nəşr elektron formatda da mövcuddur.

Kürd kurmanci (Qafqaz)

Gürcüstanın Tbilisi şəhərində keçirilən toplantıda Gürcüstan filialının komitə üzvü Levani Kopaliani qardaş kürd kurmanci (Qafqaz) dilində «Mətta» bölməsinin çıxdığını elan etdi. Aparan, Armavir və Yerevandan (Ermənistan) görüşə videokonfrans vasitəsilə qoşulanlar var idi. İştirakçılara çap olunmuş nüsxələr paylanıldı. Nəşr elektron formatda da mövcuddur.

Kürd kurmanci və kürd kurmanci (Qafqaz) dilləri bir-birinə oxşasa da, qrammatikaları və cümlə quruluşları fərqlidir. Həmçinin elə sözlər var ki, hər iki dildə eyni səslənsə də, fərqli mənalar verə bilər. Buna görə də «Mətta» bölməsini öz dillərində ərsəyə gətirmək üçün hər iki qrup sıx əməkdaşlıq etmişdi. Tərcüməçilərdən biri Müqəddəs Kitabın bu bölməsinin tərcüməsi ilə bağlı belə deyir: «Bu tərcümə həqiqətə susayan kürddilli insanları bir fincan saf su kimi təravətləndirəcək».

Kürd kurmanci və kürd kurmanci (Qafqaz) dillərində danışan bacı-qardaşlarla birgə Yehovaya bu hədiyyəyə görə şükr edirik. Allahımıza minnətdarıq ki, daha çox insanın həqiqəti öyrənə bilməsi üçün yol açır (Mətta 5:3).