Kontentə keç

Bütün dünyada bacı-qardaşlar anma mərasimini qeyd etdilər

21 APREL 2022
DÜNYADAN XƏBƏRLƏR

Milyonlarla insan İsa Məsihin ölümünü anma mərasiminə toplaşdı

Milyonlarla insan İsa Məsihin ölümünü anma mərasiminə toplaşdı

Qardaşlar bir-birilə görüşür (Çili)

15 aprel 2022-ci il tarixində bütün dünyada milyonlarla insan Ağanın şam yeməyinə toplaşdı. 2019-cu ildən bəri ilk dəfə idi ki, mərasim canlı keçirilirdi. Mərasimdə canlı iştirak edə bilməyənlər ona videokonfrans vasitəsilə qoşulmuşdular.

Məsihin ölümünü anma mərasimi Yehovanın Şahidləri üçün ilin ən vacib tədbiridir. COVID-19 pandemiyasına görə son iki il ərzində mərasim onlayn keçirilmişdi. 2021-ci ildə mərasimdə 21 milyondan çox adam iştirak etmişdi.

Bəziləri ilk dəfə idi anma mərasimində canlı iştirak etmişdi. Onlardan biri Haitidə yaşayan Markenziya Remi adlı bir bacıdır. O, keçən il vəftiz olunub. Bacı deyir: «Mən çox şadam ki, ibadət evində keçirilən anma mərasiminə gələ bildim. Sevincimi ifadə etməyə söz tapmıram. Özümü böyük bir ailənin üzvü hiss etdim».

Bu il anma mərasiminin belə gözəl keçdiyinə görə Yehova Allaha minnətdarıq. Amma ən çox Yehova Allaha və Onun Oğlu İsa Məsihə məhəbbətlərinin ən böyük təzahürünə görə minnətdarıq (Yəhya 3:16).

 

Argentina

Boliviya

Braziliya

Kamboca

Mərkəzi Afrika Respublikası

Kuk adaları (Rarotonqa)

Ekvador

İndoneziya

İsrail

Yaponiya

Qazaxıstan

Kosovo

Meksika

Paraqvay

Peru

Filippin

Polşa

Rumıniya

İspaniya

Tayvan

Ukrayna

Birləşmiş Ştatlar

Venesuela