27 SENTYABR 2022 | YENİLƏNİB: 22 MART 2024
DÜNYADAN XƏBƏRLƏR
Onlar Yehovanın köməyi ilə mənfi hisslərin öhdəsindən gəlirlər | YENİLƏNİB. İTTİHAM HÖKMÜ LƏĞV EDİLDİ
21 mart 2024-cü il tarixində Krım Respublikasının Ali Məhkəməsi Taras Kuzo, yoldaşı Darya Kuzo, Sergey Lyulin və Pyotr Jiltsov barədə verdiyi hökmü ləğv etdi. Onlar azad edildilər. Onların işi yenidən araşdırılaraq Krım Respublikasının Yalta Şəhər Məhkəməsinə qaytarılacaq.
27 fevral 2023-cü il tarixində Krım Respublikasının Yalta Şəhər Məhkəməsi Taras Kuzo, yoldaşı Darya Kuzo, Sergey Lyulin və Pyotr Jiltsovu təqsirli bildi. Darya üç il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün o, həbsə salınmayacaq. Taras altı il yarım müddətinə, Sergey və Pyotr isə altı il bir ay müddətinə həbsə məhkum edildi. Qardaşlar məhkəmə zalında həbs olundular.
Hadisələrin gedişatı
4 mart 2021-ci il
Ekstremist təşkilatı maliyyələşdirməkdə ittiham edilərək Tarasa qarşı cinayət işi açıldı.
11 mart 2021-ci il
Doqquz Yehovanın Şahidinin evində axtarış keçirildi, eləcə də Taras və Sergeyin evində. Taras müvəqqəti saxlama kamerasına salındı.
12 mart 2021-ci il
Taras ev dustaqlığına buraxıldı, amma ailəsi ilə birlikdə yaşamağına icazə verilmədi.
29 iyul 2021-ci il
Darya, Pyotr və Sergeyə qarşı cinayət işi açıldı. Pyotrı istintaq təcridxanasına saldılar.
30 iyul 2021-ci il
Cinayət işləri bir icraatda birləşdirildi. Pyotr ev dustaqlığına buraxıldı.
11 avqust 2021-ci il
Sergey həbs edildi və təxminən 800 kilometr uzaqlıqdakı istintaq təcridxanasına göndərildi. O, yolda olduğu on altı saat ərzində əlləri arxadan bağlanmış, eləcə də ayaqları bağlı şəkildə oturmuşdu.
1 mart 2022-ci il
Sergey istintaq təcridxanasından ev dustaqlığına buraxıldı.
4 aprel 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
11 iyul 2022-ci il
Pyotr, Sergey və Taras ev dustaqlığından azad edildi və onlardan başqa yerə getməmək barədə iltizam götürüldü.
Dindaşlarımız barədə məlumat
Sədaqətli insanlar həbsdə, istintaq təcridxanasında, ev dustaqlığında olanda özlərini hər tərəfdən sıxışdırılmış kimi hiss etsələr də, Yehova Onun adı uğrunda əzab çəkənləri heç vaxt atmayacaq (2 Korinflilərə 4:8, 9).