9 YANVAR 2024 | YENİLƏNİB: 3 İYUL 2024
DÜNYADAN XƏBƏRLƏR
Onlar Yehovaya bağlı qalmağa əzmlidirlər | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM EDİLDİLƏR
1 iyul 2024-cü il tarixində Krım Respublikasının Krasnoqvardeyski Şəhər Məhkəməsi Yuri Qeraşşenko və Serqey Parfenoviçi təqsirli bilərək altı müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşlar həbsxanaya salınmayacaqlar.
Dindaşlarımız barədə məlumat
Əminik ki, Yehova Yuri və Serqeyə, eləcə də sadiq qalmağa əzmli olan bacı-qardaşlarımıza dəstək olacaq və onları qanadlarının kölgəsi altında saxlayacaq (Zəbur 17:7, 8).
Hadisələrin gedişatı
19 sentyabr 2022-ci il
Serqeyə qarşı cinayət işi açılır
28 sentyabr 2022-ci il
FTX əməkdaşları yeddi dindaşımızın evi ilə yanaşı Serqeyin evində də axtarış aparır və qardaşı müvəqqəti saxlama kamerasına salınır
30 sentyabr 2022-ci il
Serqey istintaq təcridxanasına göndərilir
15 noyabr 2022-ci il
Serqey istintaq təcridxanasından çıxarılıb ev dustaqlığına keçirilir
22 mart 2023-cü il
Yuriyə qarşı cinayət işi açılır. O həbs olunur, sorğu-sual edilir və müvəqqəti saxlama kamerasına salınır
24 mart 2023-cü il
Yuri istintaq təcridxanasından çıxarılıb ev dustaqlığına keçirilir
12 iyul 2023-cü il
Serqey və Yuri ev dustaqlığından çıxarılır və onlardan başqa yerə getməmək barədə iltizam alınır
28 iyul 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlayır. Prokuror Serqey və Yurini «cinayət törətməkdə və şahidlərə hədə-qorxu gəlməkdə» ittiham edir. Heç bir sübutun olmamasına baxmayaraq, onlar ikinci dəfə ev dustaqlığına salınır