Kontentə keç

Soldan sağa: «Qızıl əsr» (ilk buraxılışı, 1919-cu il), «Təsəlli» (ilk buraxılışı, 1937-ci il), «Oyanın!» (ilk buraxılışı, 1946-cı il) və «Oyanın!» jurnalının 2019-cu il ikinci sayının elektron versiyası

1 OKTYABR 2019
DÜNYADAN XƏBƏRLƏR

«Oyanın!» jurnalının yüzilliyi

«Oyanın!» jurnalının yüzilliyi

1 oktyabr 2019-cu il tarixində «Oyanın!» jurnalının 100-cü ildönümü tamam olub. Hər il bütün dünyada 211 dildə bu jurnalın 280 milyondan çox nüsxəsi çap edilir. «Oyanın!» «Gözətçi qülləsi»ndən sonra dünyada ən çox dillərə tərcümə edilən və paylanan jurnallardan biridir.

Rəhbərlik Şurasının üzvü Samuel Hörd deyib: «“Oyanın!” jurnalında işıqlandırılan müxtəlif mövzular insanlarda Müqəddəs Kitab xəbərinə maraq oyadır. İllər boyu jurnalın görünüşü və tərtibatı dəyişsə də, o, effektiv təbliğ alətləri sırasında öz yerini qoruyub saxlaya bilmişdi. Jurnalın bir əsr ərzində dərc edilməsi çox sevindirici haldır və şübhəsiz ki, Allahın müqəddəs ruhunun dəstəyindən xəbər verir».

İlk dəfə «Oyanın!» jurnalının buraxılışı haqda 1919-cu ilin sentyabr ayında ABŞ-ın Ohayo ştatının Sidar-Point şəhərində keçirilmiş tarixi toplantıda elan edilmişdi. O zaman jurnal «Qızıl əsr» adı ilə dərc edilirdi. 1937-ci ildə insanların təsəlliyə ehtiyacını nəzərə alaraq jurnalın adı dəyişilərək «Təsəlli» adlanmağa başladı. 1946-cı ildən etibarən isə jurnal indiki «Oyanın!» adı ilə tanınır. Bu ad oxuculara dünyada baş verən hadisələrin hansı əhəmiyyət kəsb etdiyini xatırladır.

11 avqust 1946-cı il tarixində Ohayo ştatının Klivlend şəhərində keçirilmiş toplantı iştirakçıları əllərində «Oyanın!» jurnalının ilk buraxılışını tutublar

Artıq yüz ildir ki «Oyanın!» jurnalının «müjdə haqqında ətraflı şəhadət» verməkdə bizə yardımçı olması bizi çox sevindirir (Həvarilərin işləri 20:24).