26 MART 2020
DÜNYADAN XƏBƏRLƏR
Pandemiya zamanı bütün dünyada təbliğçilər yeni təbliğ üsullarından istifadə edir
Koronavirus (COVID-19) pandemiyası milyonlarla Yehovanın Şahidinin həyatını dəyişib. Onlar həm yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etməyə, eyni zamanda gündəlik ruhani fəaliyyətlərindən qalmamağa çalışırlar. Virusun daha çox yayıldığı ərazilərdə xidmətlərini davam etdirmək üçün onlar kreativ üsullar tapıblar.
İtaliyanın Piza şəhərində yaşayan bir qardaş deyib: «İndiyə kimi belə xidmətimiz olmayıb! İnsanların çoxu evdə oturduğu üçün yoldaşımla mən telefonlarımızdakı kontaktları gözdən keçirib onlarla videokonfrans vasitəsilə əlaqə saxlayırıq. Bir çoxuna Müqəddəs Kitab dərsləri keçirik, xeyli təkrar söhbətlərimiz var. Əvvəllər danışdığımız və heç vaxt danışmadığımız insanlarla söhbətlər edirik. Saatlarla təbliğ edirik və nəticə çox gözəldir».
Cənubi Koreyada pandemiyaya görə təbliğçilər jw.org saytından və «JW Library» tətbiqinin imkanlarından daha tez-tez istifadə edirlər. Məsələn, bir qardaş üç il əvvəl Müqəddəs Kitab dərsini dayandırmış bir insandan gözlənilmədən mesaj alıb. O, pandemiyanın onu axırzamanın əlamətləri barədə düşünməyə təşviq etdiyini etiraf edib. Qardaş «JW Library» tətbiqindəki «linki paylaş» funksiyasının köməyilə axırzaman haqqında məlumatları mesajla göndərib. Qardaş deyib ki, «axırzamanın bu əlamətinin bir çox insanlarda ruhani tələbatlarını oyatdığını görmək çox sevindiricidir».
Filiallardan gələn bu kimi məlumatlar göstərir ki, bacı-qardaşlar həqiqətən də öz xidmətlərini qiymətləndirirlər. Xoş xəbəri insanlara çatdırmaq üçün onların hikmətlə davrandıqlarını görmək çox xoşdur (Mikə 6:9).
Puerto-Rikoda rayon nəzarətçisi təbliğ görüşü keçirir
Almaniyada öncül bacılar videokonfrans vasitəsilə birgə məktub yazırlar
Cənubi Koreyada Müqəddəs Kitab dərsi keçirilir
Fransada ər-arvad telefon vasitəsilə xidmət edir
Havay adalarında bacı oğlu ilə birgə məktub yazır