Kontentə keç

ABŞ-da yaşayan bacı böyük sevinclə məktub yazır

31 MART 2020
DÜNYADAN XƏBƏRLƏR

Pandemiya zamanı yaşlılara ruhani işlərdən qalmamağa kömək edirik

Pandemiya zamanı yaşlılara ruhani işlərdən qalmamağa kömək edirik

Yaşlıların koronavirusa yoluxmaq ehtimalı yüksək olduğundan bizim yaşlı bacı-qardaşlarımız səhiyyə işçilərinin tövsiyələrinə əməl edərək evdə qalırlar. Lakin onlar tək-tənha deyil və boş oturmurlar. Onlar müxtəlif texnologiyalardan istifadə edərək yığıncaq görüşlərində və xidmətdə iştirak edirlər.

İtaliyanın Roma şəhərində 1952-ci ildə vəftiz olmuş 94 yaşlı bacımız pandemiyadan əvvəl də evdən çölə çıxmırdı və görüşlərə «JW Stream» vasitəsilə baxırdı. Buna görə o, doğma yığıncağının üzvlərini bir müddətdir ki görmürdü. Lakin indi yığıncaqlar videokonfrans vasitəsilə keçirildiyindən o, dindaşlarını görə və eşidə bilir.

Spaniş-Fork (ABŞ, Yuta ştatı) şəhərində kar bacımız Stefaniya Aytken qocalar evində yaşayır. İndi ora kənar şəxslərin gəlməsi qadağandır. Bir ağsaqqal və onun yoldaşı qocalar evinin şüşə qapısının arxasından jest dilində bacıya videokonfrans üçün tətbiqi yükləməyi izah etdilər. Tətbiq uğurla yükləndikdən sonra bacı planşetini qucaqladı. O çox xoşbəxtdir ki, indi yığıncaqla birgə görüşlərdə iştirak etmək imkanı var.

Bütün dünyada bacı-qardaşların müasir texnologiyalardan yararlanaraq pandemiya zamanı bu çətin şəraitə uyğunlaşması Yehovanın Onun xalqının «xalqların südünü [içəcəyi]» vədini yadımıza salır (Əşiya 60:16). Biz bilirik ki, O, istədiyi Kəs olaraq yer üzündə yaşayan xidmətçilərinin köməyinə gəlməyə qadirdir.

 

İsveçdə ər-arvad (yuxarıda solda), Fransada qardaş (aşağıda solda) və Cənubi Koreyada ər-arvad (sağda) yığıncaq görüşlərində iştirak edirlər

Norveçdə ər-arvad telefon vasitəsilə xidmət edir

İtaliyada ağsaqqal ər-arvada baş çəkib ruhlandırır