Kontentə keç

Solda: Viktor Kudinov və yoldaşı Svetlana. Sağda: Sergey Jiqalov və yoldaşı Olqa

4 SENTYABR 2023
DÜNYADAN XƏBƏRLƏR

Qorxuya yox, imanına köklənir

Qorxuya yox, imanına köklənir

Sevastopol Şəhərinin Qaqarinski Rayon Məhkəməsi (Krım) tezliklə Viktor Kudinov və Sergey Jiqalovun işi üzrə qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Qardaşlar barədə məlumat

Biz əminik ki, «qulunun əmin-amanlığına sevinən» Yehova bundan sonra da Viktor və Sergeyin səbrini və dözümünü əvəzsiz qoymayacaq (Zəbur 35:27).

Hadisələrin gedişatı

  1. 24 avqust 2022-ci il

    Qardaşlar barədə cinayət işi açıldı. Evlərində axtarış aparıldı. Həbs olundular və müvəqqəti saxlama kamerasına salındılar

  2. 26 avqust 2022-ci il

    İstintaq təcridxanasından ev dustaqlığına keçirildilər

  3. 17 oktyabr 2022-ci il

    Ev dustaqlığından azad olundular və onlardan başqa yerə getməmək barədə iltizam alındı

  4. 13 aprel 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı