Kontentə keç

Bacı-qardaşlar Qvadelupaya gələn çoxsaylı beynəlxalq nümayəndələri qarşılamaq üçün hazırlaşırlar

3 İYUN 2024
DÜNYADAN XƏBƏRLƏR

Qvadelupada 2024-cü ildə «Müjdəni bəyan edin!» adlı ilk xüsusi toplantı keçiriləcək

Qvadelupada 2024-cü ildə «Müjdəni bəyan edin!» adlı ilk xüsusi toplantı keçiriləcək

«Müjdəni bəyan edin!» adlı ilk xüsusi toplantı 2024-cü il 7—9 iyun tarixlərində Be-Mau ərazisində (Qvadelupa) Velodrom Amede Detroda baş tutacaq. Ümumilikdə iyun və oktyabr ayları arasında 15 xüsusi toplantı keçiriləcək a. Bu, COVID—19 pandemiyası səbəbi ilə 2020-ci ildə təxirə salınan toplantılardan sonra keçirilən ilk xüsusi toplantıdır.

Müxtəlif ölkələrdən olan bacı-qardaşlar bu xüsusi toplantıda iştirak etmək üçün dəvət olunublar. Toplantıların əksəriyyəti bir çox dillərdə keçiriləcək və bu, tədbirə beynəlxalq rəngarənglik qatacaq. Məsələn, Qvadelupada keçiriləcək xüsusi toplantı eyni vaxtda ingilis, fransız, qvadelupa kreolu və ispan dillərində təqdim olunacaq.

Solda: Ailə toplantı iştirakçıları üçün açıqcalar hazırlayır. Sağda: Bacılar Qvadelupada keçiriləcək toplantının loqosu ilə dəsmal tikirlər

Gələcək qonaqlar üçün çoxlu hazırlıqlar görülür. Məsələn, Qvadelupada xidmət edən 8546 bacı-qardaşın əksəriyyəti tədbirdə iştirak etmək üçün 11 ölkədən gələcək 1500 dindaşının qayğısına qalmaq üçün öz köməyini təklif edib. Yoldaşı ilə birgə hazırlıq işlərində kömək edən bir bacı deyir: «Bu, həyatımın ən unudulmaz ili oldu! Həmişə yaddaşımda qalacaq. Bacı-qardaşlarla birgə çiyin-çiyinə əməkdaşlıq etmək mənə yeni dünyada necə gözəl həyatda yaşayacağımızı təsəvvür etməyə kömək etdi. Yehovanın ailəsinin üzvü olduğum üçün fəxr edirəm».

Ümumdünya ailəmizlə birgə əminik ki, qarşıdan gələn «Müjdəni bəyan edin!» adlı xüsusi toplantılar Allahın xalqını daha da birləşdirəcək və səmavi Atamız Yehovaya izzət gətirəcək (Filippililərə 1:27).

a Xüsusi toplantılar növbəti yerlərdə keçiriləcək: Bolqarıstan, Sofiya; Çili №1, Santyaqo; Çili №2, Santyaqo,; Çexiya Respublikası, Praqa; Dominikan Respublikası, Santo-Dominqo; Fici, Suva; Finlandiya, Helsinki; Fransa, Lion; Qvadelupa, Be-Mau; Macarıstan, Budapeşt; İslandiya, Reykyavik; Paraqvay, Asunsion; İsveçrə, Sürix; Birləşmiş Ştatlar, Filadelfiya və Birləşmiş Ştatlar, Tampa.