Kontentə keç

COVID-19 pandemiyasından əvvəl ibadət evindəki yığıncaq

15 OKTYABR 2021
DÜNYADAN XƏBƏRLƏR

Rəhbərlik Şurası bəzi ərazilərdə yığıncaqların yenidən canlı keçiriləcəyini elan etdi

Rəhbərlik Şurası bəzi ərazilərdə yığıncaqların yenidən canlı keçiriləcəyini elan etdi

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası elan etdi ki, bəzi filiallara ibadət görüşlərini sınaq müddətində əvvəlki qaydada yenidən canlı keçirməyi təklif edib. Həmin filiallar vaksinasiyanın səviyyəsinin yüksək, yoluxanların isə səviyyəsinin aşağı olduğu ərazilərdəki ibadət evlərini seçəcək. Bu yığıncaqlar yerli hakimiyyətin qapalı yerlərdə yığışmağa dair göstərişlərinə müvafiq olaraq həyata keçiriləcək. Elan cümə günü, 15 oktyabr 2021-ci il tarixində bütün dünyadakı Beytel ailəsi üçün səslənmişdi.

Bu sınaq müddətindən sonra bəlli olacaq ki, digər yığıncaqlar da əvvəlki qaydada yığışa biləcəklər, ya yox. Elanda həmçinin deyilirdi ki, ümumilikdə təşkilati fəaliyyətimizin üzərində qoyulan məhdudiyyətlər 1 yanvar 2022-ci il tarixinə qədər uzadılıb.

Bütün dünyadakı bacı-qardaşların qeydinə qaldığı və fəaliyyətimizi diqqətlə götür-qoy etdiyi üçün Rəhbərlik Şurasına minnətdarıq. Dua edin ki, Yehova görülən bu tədbirlərə bundan sonra da rəhbərlik və bərəkət versin (Məsəllər 14:16).