8 NOYABR 2024
DÜNYADAN XƏBƏRLƏR
Baş idarənin Ramapo layihəsi
Ramapoda əsas tikinti işlərinin başlamasına icazə verildi
6 noyabr 2024-cü ildə Ramapo Şəhərsalma Şurası Ramapo tikinti layihəsini təsdiqlədi. Bu o deməkdir ki, artıq ərazidə tikinti işlərinə başlaya bilərik.
2023-cü ilin iyun ayında şəhərsalma şurası layihə ilə bağlı bəzi planları təsdiqləmiş və ərazinin ağaclardan təmizlənməsi kimi müəyyən hazırlıq işlərinin görülməsinə icazə vermişdi. Lakin indi aldığımız icazə sayəsində əsas binanın inşasına başlaya və bünövrənin qoyulması üçün oradakı qayanı parçalaya bilərik. Həmçinin yeraltı su xətlərinin çəkilməsi də daxil olmaqla müəyyən qazıntı işlərinə başlamaq olar.
İnşaat layihə komitəsinin üzvü Kevin Peyc qardaş deyir: «İcazəni ala bildiyimizə görə sevincimizin həddi-hüdudu yoxdur. Bu layihənin hər mərhələsində Yehovanın səbrimizin və zəhmətimizin qarşılığını necə verdiyini görürdük. Buna görə Yehovaya minnətdarıq və dua edirik ki, bu layihəni gerçəkləşdirməyə kömək etsin».
Hamımız bu irəliləyişə görə can bir qəlbdən sevinirik. Dua edirik ki, Yehovanın əli daima bu layihənin üzərində olsun və orada iştirak edənlərə bol nemət versin! (Həqqay 1:14).