Kontentə keç

Ramapo ərazisinin yuxarıdan görünüşü. Kəsilmiş ağaclar tikinti ərazisinin ölçüsünü göstərir. Üst şəkil: Odunçu zəncirli mişarla ağac kəsir

6 İYUN 2023
DÜNYADAN XƏBƏRLƏR

Baş idarənin Ramapo layihəsi

Ramapoda işlər davam edir

Ramapoda işlər davam edir

1 iyun 2023-cü il tarixində Nyu-York Ştatının Ətraf Mühitin Mühafizəsi Departamenti Ramapo ərazisində kəsilmiş ağacların təmizlənməsinə icazə verdi. Ağacların kəsilməsi prosesi martın 18-i, ağac kəsimi mövsümünün bitməsinə təxminən iki həftə qalmış tamamlanmışdı.

Ramapo layihəsində İnşaat layihə komitəsinin koordinatoru kimi xidmət edən Robert Makredmond qardaş deyir: «Başa düşürük ki, bu cür böyük layihələrdə hər bir icazə və təsdiq bizi tikintiyə başlamağa bir addım daha yaxınlaşdırır. Biz Yehovanın çoxlu maneələri aradan qaldırdığını görmüşük və gələcəkdə üzləşəcəyimiz maneələri dəf etməyə necə kömək edəcəyini səbirsizliklə gözləyirik» (Əşiya 57:14).

İnşaat layihə komitəsi layihə ilə bağlı bütün icazələri almaq üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə davam edir.