Kontentə keç

3 SENTYABR 2020
DÜNYADAN XƏBƏRLƏR

Regional toplantı 2020. Bütün dünyada keçirilmiş ilk virtual toplantı

Regional toplantı 2020. Bütün dünyada keçirilmiş ilk virtual toplantı

2020-ci ilin iyul­­—avqust aylarında milyonlarla bacı-qardaşlarımız və həqiqətə maraq göstərənlər 2020-ci ilin regional toplantısının proqramına baxıb.

Səbirsizliklə gözlənilən «Həmişə sevinin!» regional toplantısı 240 ölkə və ərazidə Toplantı zallarında, arenalarda, müxtəlif mərkəz və stadionlarda keçirilməli idi. Lakin insanların sağlamlığını qorumaq üçün Rəhbərlik Şurası regional toplantıları bütün dünyada virtual formatda keçirmək qərarına gəldi. 1897-ci ildən bəri ilk dəfə idi ki, toplantı canlı keçirilmirdi.

Rəhbərlik Şurasının üzvü Kenet Kuk deyib: «Regional toplantılar ləğv ediləndə qərara gəldik ki, bir beynəlxalq toplantı keçirək və hamı eyni vaxt ərzində onda iştirak etsin. Biz bilirdik ki, proqram yüzlərlə dilə tərcümə edilməlidir və buna cəmi dörd ay vaxtımız var. Bu kimi tədbirləri planlaşdırıb başa vurmaq üçün adətən təxminən bir il vaxt lazımdır. 6 iyul 2020-ci il tarixində proqramın ilk hissəsi təxminən 400 dildə saytda çıxanda sevincimizin həddi-hüdudu yox idi. Proqram ümumilikdə 511 dilə tərcümə ediləcək!»

Üç uşağını tək böyüdən bir bacımız virtual toplantı proqramı haqqında deyib: «Düzdür, dostlarımızla birgə olmaq üçün darıxırdıq, lakin toplantı proqramının hissə-hissə çıxması uşaqlarım üçün yaxşı oldu. Çünki onlar fikirlərini proqrama daha yaxşı cəmləyirdilər. Uşaqlara fasilə lazım olanda biz sadəcə pauzaya basırdıq. Heç birimiz toplantının bircə dəqiqəsini belə buraxmadıq. Cümə günü proqramında deyilmişdir ki, uşaqlar ox kimidir. Onları Yehovaya xidmətdən qaynaqlanan xoşbəxt və dolğun həyata istiqamətləndirmək lazımdır. Proqramın virtual formatda olması mənə bunu etməyə çox kömək etdi» (Zəbur 127:4).

Bu tarixi virtual toplantı beynəlxalq medianın diqqətini cəlb edib. Məsələn, ABŞ-da Məlumat xidmətinin nəzarətçisi Robert Hendriks deyib: «Çoxlu sayda jurnalist virtual toplantımız barədə məqalələr yazıb. Onlar təşkilatımızın insanların sağlamlığına zərər vurmadan toplantı keçirmək üçün müasir texnologiyalardan istifadə etdiyini vurğulayıblar».

2020-ci ilin «Həmişə sevinin!» regional toplantısı Yehovanın Böyük Nəsihətçi olduğunu yeni və xüsusi tərzdə göstərdi (Əşiya 30:20).