Kontentə keç

Venesuela: (yuxarıda solda) varrau dilində video üçün bacının səsi yazıya alınır; (aşağıda solda) piaroa tərcümə qrupunun üzvü olan iki qardaş iş başında. Cənubi Koreya: (sağda) ailə 2020-ci ilin toplantısına baxır

4 SENTYABR 2020
DÜNYADAN XƏBƏRLƏR

Regional toplantı 2020. Tərcüməçilər bütün sınaqları aşır

Regional toplantı 2020. Tərcüməçilər bütün sınaqları aşır

2020-ci il «Həmişə sevinin!» adlı regional toplantı Yehovanın Şahidlərinin müasir tarixində ən qeyri-adi toplantılardan biri idi. Proqram 500-dən çox dilə tərcümə olunmuş və virtual formatda yayımlanmışdı. Tərcüməçilər məhdud vaxt və vəsait kimi çətinlikləri aşmalı olmuşlar.

Keniyada kikuyyu tərcümə qrupunun üzvü deyib: «Filial izolyasiyada olduğu üçün bizim cəmi bir neçə səs aktyorumuz var idi. Yaranmış çətinliyi aradan qaldırmaq üçün biz filialdan kənarda olan bacı-qardaşları işə cəlb etdik. Yehovanın müqəddəs ruhunun fəaliyyətini öz üzərimizdə görmək böyük şərəfdir».

Koreya jest dili və Koreya tərcümə qrupları da eyni çətinliklərlə üzləşib. Distant işləyən bacı-qardaşlar səsyazma üçün Beytelə gələ bilmirdilər.

Qardaşın evində quraşdırılmış studiyada Koreya jest dilində nitq və videoların yazısı aparılır

Ona görə qardaşlar onların evlərində studiya qurmuşdular. Səsyazma avadanlığının böyük qismini yerli qardaşlar ianə etmişdi. Üstəlik, bütün toplantılar ləğv olunduğuna görə filial proqramı jest dilinə yazmaq üçün Toplantı zallarının bəzi kameralarını istifadə etmişdi.

Venesuelada bəzi tərcüməçilər internetin zəif olmasından əziyyət çəkirdi. Kimdəsə lazımi avadanlıqlar yox idi. Lakin işin öhdəsindən gəlmək üçün bu kreativ tərcüməçilər əllərinin altında olan hər şeydən istifadə etdilər. Məsələn, bir ərazidə tərcüməçilər səsboğucu divarları döşəklərdən düzəltmişdilər.

Cənubi Sudanın Cuba şəhərində tərcümə qrupu zande dilinə tərcümə edir. Tərcüməçilərdən biri deyir: «Biləndə ki, bütün toplantını yazıya almalıyıq, öz-özümə dedim: “Bu, mümkün deyil. 90-dan çox audio- və videofaylı olan toplantı proqramını iki aya yaza bilməyəcəyik. Layihəni uğurla başa vurandan sonra isə mən tam əmin oldum ki, Yehovaya iradəsini yerinə yetirməyə heç nə mane ola bilməz. Yehova Öz işlərini möcüzəvi şəkildə görür”» (Mətta 19:26).

2020-ci il «Həmişə sevinin!» adlı regional toplantının proqramı hər cür insanın xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnməsini istəyən Yehovadan bir hədiyyə idi (1 Timutiyə 2:4).