22 NOYABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Səs assistentlərində JW.ORG saytı üçün yeni funksiyalar əlavə olunub
2019-cu ildən bəri «Amazon Alexa» və «Google Assistant» tətbiqlərinin aktiv olduğu cihazlarda jw.org saytından seçilmiş hissəni səsli dinləmək mümkündür. Əlavə olunan səs funksiyaları indi ibadət görüşləri və xidmət üçün daha çox materialları dinləməyə yol verir. Təəssüf ki, Google 2023-cü ilin iyun ayından «Google Assistant» tətbiqinin bu məqsəd üçün istifadəsini məhdudlaşdırmağı planlaşdırır. Hələ ki, tətbiqdən istifadə edə bilərsiniz. «Amazon Alexa» tətbiqində isə bu funksiyalar aktiv olacaq.
İstifadəçilər səsli əmrin köməyi ilə «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndən həftəarası görüşün cədvəlini və «Özünü oxumağa və təlim verməyə həsr et» broşüründən lazımi hissələri dinləyə bilərlər. Həmçinin Müqəddəs Kitab dərsinə hazırlaşarkən səs köməkçisinin vasitəsilə «Əbədi xoşbəxt həyat!» kitabından müvafiq dərsi də dinləmək mümkündür.
Bundan əlavə, istifadəçilər ibadət görüşləri üçün nəzərdə tutulan «Yehovanı şövqlə tərənnüm edin» nəğmələrini həm vokal, həm instrumental ifada dinləyə bilərlər. Eləcə də, Rəhbərlik Şurasının sonuncu müraciətlərini dinləmək mümkündür.
Səs assistentlərindəki funksiyaların necə işlədiyi ilə bağlı məlumat almaq üçün ingilis dilində olan növbəti rəhbərliyi nəzərdən keçirə bilərsiniz: «Use the JW.ORG Skill for Amazon Alexa» və ya «Use the JW.ORG Action for Google Assistant».
Səs assistentlərini dəstəkləməyən bir çox cihazlarda, mobil telefon, planşet və kompüterlərdə istifadəçilər «Alexa» tətbiqini yükləməklə eyni funksiyalardan yararlana bilərlər.
Bu yeni funksiyalar xüsusilə görmə və eşitmə məhdudiyyətli insanların köməyinə çatır. Əgər sizin də görmə məhdudiyyətli tanışınız varsa, mümkündürsə, ona cihazına səs köməkçisi yükləməyə və ondan istifadə etməyə kömək edin.