14 OKTYABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Samoa dilində «Yeni Dünya tərcüməsi»nin yenidən baxılmış versiyası çıxıb
9 oktyabr 2022-ci il tarixində Rəhbərlik Şurasının üzvü Cefri Cekson Müqəddəs Kitabın «Yeni Dünya tərcüməsi»nin yenidən baxılmış versiyasının Samoa dilində çıxdığını elan edib. Qardaşın yazıya alınmış xüsusi nitqinə Amerika Samoası, Avstraliya, Yeni Zelandiya və Samoadakı təbliğçilər baxıb. Nitqdən dərhal sonra kitabın çap formatı paylandı. Kitabın elektron formatını da yükləmək mümkün idi.
Yehovanın Şahidləri Samoada 1931-ci ildən təbliğ edir. İlk yığıncaq 1953-cü ildə Apia şəhərində yaranıb. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» Samoa dilində ən birinci 2009-cu ildə işıq üzü görüb. Həm təbliğçilər, həm də başqa insanlar «Yeni Dünya Tərcüməsi»nin çıxdığına görə sevinirdilər. Çünki tərcümə dəqiq idi, üstəlik, kitabı əldə etmək asan idi.
Yenidən baxılmış versiyasının üzərində işləyən tərcüməçilər çalışıblar ki, dəqiqliyi qurban vermədən müasir, aydın və oxunaqlı tərcümə ərsəyə gətirsinlər. Bir tərcüməçi belə deyir: «Samoa xalqı Müqəddəs Kitaba böyük hörmətlə yanaşır. Ona görə də tərcüməçilər çalışırdılar ki, kitabın dili sadə və aydın olmaqla yanaşı, bayağı olmasın. Yehovanın dəstəyi sayəsində indi Samoa dilində Müqəddəs Kitabın yenidən baxılmış tam versiyası var. Bu, hər birimizə fayda gətirəcək».
Əminik ki, bu tərcümə Allahımız Yehovanın dəyərli fikirlərindən daha çox bəhrələnməyə kömək edəcək (Zəbur 139:17).