5 MART 2020
DÜNYADAN XƏBƏRLƏR
Sergey Filatov Krım məhkəməsinin qərarı ilə altı il müddətinə həbsə məhkum edilib
5 mart 2020-ci il tarixində Krım Respublikasının Cankoy Rayon Məhkəməsi qardaşımız Sergey Filatovu altı il müddətinə həbsə məhkum edib. O, Krımda Rusiya Cinayət Məcəlləsi ilə məhkum edilmiş ilk Yehovanın Şahididir. Qardaş hökmdən şikayət verəcək.