Kontentə keç

17 İYUN 2021
DÜNYADAN XƏBƏRLƏR

Tacik dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb

Tacik dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb

13 iyun 2021-ci il tarixində Rəhbərlik Şurasının üzvü Mark Sanderson tacik dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Nitq qabaqcadan yazıya alınmışdı. Elandan sonra kitabı elektron formatda yükləmək mümkün oldu.

Layihə ilə əlaqədar vacib faktlar

  • Tacik dilində təxminən 14 milyon insan danışır. Onların 5 milyonu Tacikistanda yaşayır.

  • Layihənin üzərində 4 il ərzində müxtəlif ölkələrdə yaşayan tərcüməçilər işləyib.

Tərcüməçilərdən biri deyib: «Tacik dilində olan “Yeni Dünya Tərcüməsi” sayəsində oxucular oxuduqlarını necə tətbiq etməli olduqlarını dərhal başa düşəcəklər. Şübhəsiz, bu, hamıya Müqəddəs Kitabın Müəllifi Yehova Allaha daha da yaxınlaşmağa kömək edəcək» (Yaqub 4:8).