Kontentə keç

31 DEKABR 2021
DÜNYADAN XƏBƏRLƏR

Xüsusi kampaniya zamanı «Gözətçi qülləsi» (№2, 2021) 300-dən çox dildə paylanılıb

Yeddi dildə jurnal ilk dəfə buraxılıb!

Xüsusi kampaniya zamanı «Gözətçi qülləsi» (№2, 2021) 300-dən çox dildə paylanılıb

2021-ci ilin noyabr ayında Yehovanın Şahidləri bütün dünyada «Gözətçi qülləsi»ni (№2, 2021) 300-dən çox dildə paylayıblar. Həmin dillərin yeddisində «Gözətçi qülləsi»nin bu sayı jurnalın ilk buraxılışı idi. Bu, növbəti dillərdir: Farer, Havay picini, Lüksemburq, manipuri (latın əlifbası ilə), odia, pomor və Sent-Lüsiya kreolu.

Tərcümə xidmətləri şöbəsində xidmət edən Nikolas Ahladis deyir: «Nəşrlərimiz geniş kütlə üçün nəzərdə tutulub. Amma bəzi tərcümə qruplarının imkanları məhduddur və onlar “Gözətçi qülləsi”nin hər sayını mütəmadi şəkildə tərcümə edə bilmirlər. Bu cür tərcümə qruplarına nəzarət edən filialların komitələri müəyyən materialın tərcümə olunmasına icazə almaq üçün Rəhbərlik Şurasının Yazı komitəsinə müraciət edə bilər. Məhz bu cür müraciət nəticəsində “Gözətçi qülləsi” jurnalının №2, 2021 sayı [yuxarıda sadalanan] dillərdə də buraxılmışdı».

Yehovanın Şahidləri Müqəddəs Kitab həqiqətini müxtəlif dillərdə danışan insanlara çatdırmaq üçün çoxlu güc sərf edirlər. Bu dillərdə xüsusi kampaniyanın necə keçdiyini göstərən maraqlı hadisələri sizə təqdim edirik.

Necə də sevindiricidir ki, xüsusi kampaniya zamanı «Gözətçi qülləsi»nin bu sayı bir çox oxucularını tapdı. Bəli, belə kampaniyalar Allahın niyyətinə uyğundur. O istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timutiyə 2:4).