Kontentə keç

Yamaykanın Old Harbor (solda) və Pensilvaniyanın Pitsburq (sağda) şəhərində keçirilmiş «Səbirli olun!» regional toplantısının iştirakçıları və proqramları

18 OKTYABR 2023
DÜNYADAN XƏBƏRLƏR

Yamayka kreolu və Pensilvaniya-alman dillərində keçirilən ilk regional toplantı

Yamayka kreolu və Pensilvaniya-alman dillərində keçirilən ilk regional toplantı

2023-cü ilin iyul ayında Yamayka kreolu və Pensilvaniya-alman dillərində ilk regional toplantı keçirildi. Regional toplantı «Səbirli olun!» adlanırdı və bu toplantıda təxminən 2000 nəfər iştirak etdi. Bacı-qardaşlar regional toplantının doğma dillərində keçirilməsini uzun illərdir, gözləyirdilər.

Yamayka kreolu dili, Yamayka

Yamayka kreolu dilində danışan bacılar toplantı iştirakçılarını salamlayırlar

Yamaykada rəsmi dil ingilis dilidir. Bununla belə, adada yaşayanların əksəriyyəti Yamayka kreolu dilində danışır. Toplantıya qatılan təxminən 1700 nəfər Böyük Britaniya və Birləşmiş Ştatlardan gəlmişdi. Toplantı 2023-cü il, 14—16 iyul tarixlərində Yamaykanın Old Harbor şəhərində Marli Texnologiya Parkında keçirildi. 12 nəfər vəftiz olundu.

Yamayka kreolu dilində danışan dindaşlarımız toplantının ilk dəfə öz doğma dillərində keçiriləcəyi barədə eşidəndə çox sevindilər. Teneşa Qordon bacı deyir: «Proqramın açılışında qardaş auditoriyanı Yamayka kreolu dilində salamlayanda göz yaşlarımı saxlaya bilmədim. Qulaqlarıma inanmadım. Toplantının bitməsini heç istəmirdim».

Pensilvaniya-alman dili, Birləşmiş Ştatlar

Toplantı iştirakçıları əllərində növbəti yazını tutub: «Pensilvaniya-alman dilində keçirilən ilk regional toplantıda sizləri xoş gördük»

Kanada və Birləşmiş Ştatlarda yaşayan təxminən 400 000 nəfər Pensilvaniya-alman dilində danışır. Alman dialekti, əsasən, Amiş və Mennonit xalqları arasında danışılır. Pensilvaniya-almandilli beş yığıncaq və bir qrupda xidmət edən, müxtəlif ştatlarda yaşayan bacı-qardaşlar Pitsburqa gəldilər. 7—9 iyul 2023-cü il tarixlərində Pitsburqdakı Koraopolis toplantı zalında (ABŞ, Pensilvaniya ştatı) baş tutan regional toplantıda 200-dən çox adam iştirak etdi.

David Miller qardaş uşaqlıqdan Pensilvaniya-alman dilində danışır. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı 25 il əvvəl ingilis dilində öyrənməyə başlamışdı. Həmin vaxt onun heç ağlına gəlməzdi ki, nə vaxtsa Pensilvaniya-almandilli yığıncaqlar olsun, qalmışdı ki, regional toplantı. O deyir: «İnanılmaz idi! Diqqətimi proqramdan çəkə bilmirdim. Ana dilimdə olduğu üçün deyilənlər düz ürəyimə işləyirdi».

Bu tarixi regional toplantılarda iştirak etmiş bacı-qardaşlarımıza görə çox sevinirik. Bizi birləşdirən və saf dili hamı üçün əlçatan edən Yehova Atamıza ürəkdən minnətdarıq (Səfənya 3:9).