Kontentə keç

Artyom Şabli

1 APREL 2022
DÜNYADAN XƏBƏRLƏR

«Yehova dağ kimi arxamda durur»

«Yehova dağ kimi arxamda durur»

16 fevral 2022-ci il tarixində Krım Respublikasının Kerç Şəhər Məhkəməsi Artyom Şablini iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 26 may 2020-ci il

    Güc strukturlarının əməkdaşları Krımda Artyomun və daha dörd nəfər Yehovanın Şahidinin evində reyd keçirdi. Hücum zamanı hakimiyyət nümayəndələri pəncərələri sındıranda Artyomun dördyaşlı oğlunun ayağı kəsildi. Üç saat çəkən axtarışdan sonra Artyomu tutub üç gün təcridxanada saxladılar.

  2. 9 iyun 2020-ci il

    Artyom Kerç Şəhər Məhkəməsinə müraciət edərək xahiş etdi ki, işi üzrə materiallarla tanış olması üçün şərait yaratsınlar. Məhkəmə bu kimi xahişləri təmin etməyə borclu olsa da, Artyomun xahişi rədd edildi.

  3. 24 may 2021-ci il

    Məhkəmə iclasları başladı. Artyoma dəstək olmaq üçün məhkəməyə çoxlu bacı-qardaş gəldi, ancaq onları məhkəmə zalına buraxmadılar.

Qardaş barədə məlumat

Artyom öz təcrübəsində gördü ki, Yehova sadiq xidmətçilərinə həmişə arxa durur. Əminik ki, Allahımız bundan sonra da həm Krımdakı, həm də Rusiyadakı bütün dindaşlarımıza yalçın qaya, istehkam və qala olacaq (Zəbur 18:2).