3 YANVAR 2022
DÜNYADAN XƏBƏRLƏR
Yehovanın Şahidlərinə qarşı təqiblərə son qoymağa çağıran bəyanat
Beynəlxalq Din və Etiqad Azadlığı Alyansına a daxil olan üzv dövlətlər əqidələrinə görə təqib olunan Yehovanın Şahidlərinə dəstək olmaq üçün 17 dekabr 2021-ci il tarixində birgə bəyanat yayıb. Dövlətlər həbsdə olan bütün Yehovanın Şahidlərini dərhal azadlığa buraxmağı, eləcə də işgəncə və fiziki zorakılığa, evlərə edilən reydlərə və ayrı-seçkiliyə son qoymağı tələb etdilər.
Bütün dünyada 150-dən çox Yehovanın Şahidi imanına görə həbsdə saxlanılır. Onların həbsdə olduğu ölkə və ərazilərin sırasında Eritreya, Krım, Rusiya, Sinqapur və Tacikistan da var. Alyansın üzv dövlətləri Yehovanın Şahidlərinə qarşı təqiblərin çoxalması ilə əlaqədar «dərin narahatlıqlarını» ifadə ediblər və bildiriblər ki, Yehovanın Şahidlərinin «qorxmadan, eləcə də ayrı-seçkiliyə və təqiblərə məruz qalmadan» öz etiqadlarını ifadə etmək azadlığı var.
Biz ibadət etmək hüququmuzu müdafiə etməyə çalışan qərəzsiz hökumətlərə minnətdarıq. Eyni zamanda, biz əminik ki, Yehova bundan sonra da təqiblər zamanı Ona güvənən bacı-qardaşlarımızı müdafiə edəcək və onlara «tükənməz sülh» bəxş edəcək (Əşiya 26:3).
a Beynəlxalq Din və Etiqad Azadlığı Alyansı bütün dünyada din və etiqad azadlığını müdafiə etmək məqsədilə yaradılan ölkələr birliyidir.