Kontentə keç

Nyu Yorkda yerləşən Paterson Ziyarətçi Mərkəzi (ABŞ). Əlavə şəkillər: Ziyarətçilər «I əsrə aid kənd həyatı» muzeyindən zövq alır

26 YANVAR 2024
DÜNYADAN XƏBƏRLƏR

Yeni açılan Paterson Ziyarətçi Mərkəzində unikal sərgi və interaktiv muzeylər

Yeni açılan Paterson Ziyarətçi Mərkəzində unikal sərgi və interaktiv muzeylər

1 yanvar 2024-cü il tarixində Nyu-Yorkda Gözətçi Qülləsinin Təlim Mərkəzində yerləşən Paterson Ziyarətçi Mərkəzi rəsmi olaraq açıq elan edildi. Ziyarətçi mərkəzinin xüsusi hissəsini «I əsrə aid kənd həyatı» adlanan muzey təşkil edir. Beytelin muzey şöbəsində xidmət edən Ayzeya Miller qardaş deyir: «Bu muzey hər kəsə İsanın dövründə insanların necə yaşadığını görməyə və onların həyatı barəsində öyrənməyə kömək edir. İnteraktiv üsulla öyrənmək hər yaşda olan insana çox güclü təsir bağışlayır». Bir nəfər ziyarətdən sonra belə demişdi:«Sanki qədim İsrailə səyahət etdim. Bu möhtəşəm idi!».

Muzeyin bu guşəsi I əsrdə yaşayan israillilərin dövründəki heyvanları, ərzaqları, bitkiləri və gündəlik məşğuliyyətləri real şəkildə əks etdirir. Məsələn, muzeydəki zeytun ağacları İsraildəki zeytun ağaclarının əllə hazırlanmış qəliblərindən düzəldilib. Ziyarətçilər dəyirman daşından istifadə edərək buğda üyüdə, hətta İsanın və şagirdlərinin istifadə etdiyi qayığa bənzər balıqçı qayığına minə bilərlər. Bir qardaş öz təəssüratlarını bölüşür: «Bu mənə İsanın dənizə “Dayan! Sakit ol!” dediyi səhnəni xatırlatdı. Özümü lap həmin hadisələrin içində təsəvvür elədim» (Mark 4:39). Burada ziyarətçilər özlərini həmçinin qədim sinaqoqda əyləşib ucadan oxunan Allahın Kəlamını dinləyirmiş kimi təsəvvür edə bilərlər.

I əsrə aid kənd həyatından səhnələr (saat əqrəbi istiqamətində): I əsrə aid balıqçı qayığı, un üyüdən dəyirman, sinaqoq və bazar

Rebeka və Markos muzeydə taxta stul düzəltməyi öyrənir

Muzeyin unikal tərəflərindən biri də odur ki, ziyarətçilər bacı-qardaşların canlandırdığı «kənd sakinləri» ilə söhbət edərək I əsrdəki həyatla bağlı çox şey öyrənə bilərlər. Onlar İsanın günlərində aktual olan işlərdə də iştirak edə bilərlər. 10 yaşlı Markos deyir: «Orada israilli bir dülgərə stul düzəltməyə kömək etdim və bu çox xoşuma gəldi». 8 yaşlı Rebeka da bu sözlərlə razılaşır: «Bu mənim də çox xoşuma gəldi. Həmçinin buğda üyüdüb un hazırlamaq da çox maraqlı idi».

Bundan əlavə ziyarətçi mərkəzinin daha üç guşəsi də var. «I əsrə aid sikkə sərgisi» guşəsində, nadir tetradraxma da daxil olmaqla, həmin əsrə aid sikkələrin orijinalını görə bilərsiniz. «Bütün oğulların Yehovadan elm alacaq» adlı muzeydə isə ziyarətçilər Yehovanın təşkilatı tərəfindən təsis olunan bir sıra teokratik məktəblər və Yehovadan elm almağın faydaları haqda öyrənəcəklər. «Müjdənin müdafiəsi və qanuni tanınması» adlı muzeydə müxtəlif ərazilərdən olan və təqiblərlə üzləşmiş sadiq bacı-qardaşlarımızın bariz nümunələri və Yehovanın təşkilatının onlara necə dəstək olduğu haqda danışılır.

Soldan sağa: «I əsrə aid sikkə» sərgisi, «Bütün oğulların Yehovadan elm alacaq» və «Müjdənin müdafiəsi və qanuni tanınması» adlı muzeylər

Dünyanın dörd bir yanından olan bacı-qardaşlarımızı Paterson Ziyarətçi mərkəzini ziyarət etməyə dəvət edirik. Bu muzey Yehovadan bir nemətdir və onu ziyarət edənlərin imanını möhkəmləndirir. Həmçinin bu muzey Yehovanın xalqına olan sevgisinin bariz nümunəsidir (Yaqub 1:17).