Kontentə keç

Tortoladakı ibadət evinin təmirdən əvvəl və sonrakı vəziyyəti. Bu ibadət evi Mariya qasırğasının Britaniya və Virginiya adalarında (ABŞ) ziyan vurduğu beş ibadət evindən biri və ilk təmir olunandır.

19 YANVAR 2018
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri qasırğadan sonra yardım işlərini sürətləndirir

Yehovanın Şahidləri qasırğadan sonra yardım işlərini sürətləndirir

NYU-YORK. 2017-ci ilin sentyabrında Karib və onun ətraf ərazilərini yararsız hala salan İrma və Mariya qasırğalarından zərərçəkənlərə sürətlə yardım göstərilir. Aşağıda Barbados, Kuba, Dominikan Respublikası, Fransa və Birləşmiş Ştatlardakı filialların dindaşlarımıza göstərdiyi yardım işləri haqda məlumatlar yer alır.

Barbados filialının ərazisi — Anqilya, Antiqua və Barbuda, Dominika, Sint-Marten (Hollandiya ərazisi)

Fransadakı filial ilə birgə formalaşan komitənin daxil olduğu üç Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi əl-ələ verib qasırğadan zərər çəkmiş təbliğçilərin zəruri ehtiyaclarını təmin etmək üçün yerli bacı-qardaşlardan ibarət qruplar təşkil etdi. Barbados filialının ərazisində planlaşdırılan təmir-bərpa işlərinə 2,4 milyon dollar xərclənəcək. Buraya həmçinin 8 ibadət evinin və bacı-qardaşlarımıza aid 122 evin təmiri daxildir. Digər 19 evi isə yenidən tikmək lazım gələcək.

Mariya qasırğasının ciddi ziyan vurduğu Qrand-Beydəki (Dominika) ibadət evi.

Kuba filialının ərazisi

Filialın hesabatına əsasən, İrma qasırğasından əziyyət çəkən təbliğçilərin zəruri tələbatları ödənilir. Həmçinin filial nümayəndələri onlara təsəlli vermək üçün ziyarət edir.

Dominikan Respublikası filialının ərazisi

Üç Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi zərərçəkən 57 təbliğçinin qeydinə qalmaq üçün yardım işləri təşkil edib. Yerli bacı-qardaşlar qida, su, geyim və digər zəruri şeylər ianə ediblər. Oktyabr ayının sonunda ziyan dəyən bütün evlər, xüsusilə yerli könüllülər tərəfindən təmizlənmiş və təmir edilmişdi.

Fransa filialının ərazisi — Qvadelupa və Sen-Marten

Filial təxminən 1,4 milyon dollar dəyərində olan tikinti işlərinə nəzarət etmək üçün Sen-Marten adasında Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi, eləcə də Qvadelupa adasında regional yardım mərkəzi təşkil etdi. Buraya Qvadelupadakı 12 ibadət evinin, həmçinin Sen-Martendəki dindaşlarımızın 24 mənzilin və 2 ibadət evinin təmir işləri daxildir. Bu təmir işində Fransa, Qvadelupa və Martinikadan olan ümumilikdə 22 könüllüdən ibarət tikinti heyəti yardım edəcək.

Mariya qasırğasından sonra Sen-Martendə bir təbliğçinin tələf olmuş əmlakı.

Birləşmiş Ştatlar filialının ərazisi — Britaniya, Virginiya adaları (ABŞ), Florida, Corciya, Puerto-Riko, Terks və Kaykos adaları

Filial bölgəsində 13000-dən çox təbliğçiyə zərər dəyib. Hal-hazırda dörd Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi bacı-qardaşlara yardım göstərir və bərpa işlərinin ilk mərhələsi artıq tamamlanıb. Belə ki, bacı-qardaşlarımıza aid ziyan dəymiş əmlakın 95 faizindən çoxu sabitləşdirilib, üstəlik, onlar ərzaq və su kimi humanitar yardımla təmin olunub. Puerto-Riko, Britaniya və Virginiya adalarındakı (ABŞ) ilkin bərpa işləri hələ də davam edir.

Qasırğa Puerto-Rikoda 3200-dən çox təbliğçinin evinə zərər vurub. Bir heyət bu evlərdən birində təmizlik işləri görür.

Ümumilikdə 690 könüllü ibadət evlərinin və dindaşlarımızın mənzillərinin təmirində iştirak edəcək. Onlardan 450-si adalarda, 240-ı isə Florida və Corciyada yardım edəcək. Yardım işlərinə təxminən 30 milyon dollar xərclənəcəyi nəzərdə tutulub, buraya növbəti təmir-bərpa işləri daxildir:

  • Britaniya və Virginiya adaları (ABŞ) — 5 ibadət evi, 190 yaşayış evi

  • Florida — 40 ibadət evi, 1174 yaşayış evi

  • Puerto-Riko — 106 ibadət evi, 2 toplantı zalı, 1216 yaşayış evi

  • Terks və Kaykos adaları — 2 ibadət evi, 56 yaşayış evi

Dua edirik ki, Yehova bu təmir-bərpa işlərində iştirak edən hər kəsin qoluna qüvvət versin. Əminik ki, yardım işləri, eləcə də Müqəddəs Kitab ayələrindən aldıqları təsəlli sözləri bacı-qardaşlarımıza ruhlanmağa və qüdrətli Allahımız Yehovaya bundan sonra da yekdil şəkildə xidmət etməyə kömək edəcək (Nəhəmya 2:18).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Barbados: Con Medford, tel.: +12464380655

Dominikan Respublikası: Xose Feliz, tel.: +18095954007

Fransa: Qay Kanonisi, tel.: +33232255555