Kontentə keç

20 MART 2015-Cİ İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidlərin illik görüşündə 20 milyon insanın iştirak edəcəyi güman edilir

Yehovanın Şahidlərin illik görüşündə 20 milyon insanın iştirak edəcəyi güman edilir

NYU-YORK. Aprel ayının 3-ü 2015-ci il cümə günü, gün batandan sonra Yehovanın Şahidləri ilin ən vacib hadisəsi olan Məsihin ölümünün anma gününü qeyd edəcəklər. Mərasimə «Məsihin sizin üçün etdiklərini qiymətləndirin!» adlı 45 dəqiqəlik məruzə də daxildir. Yehovanın Şahidləri bir neçə həftə əvvəlcədən ümumdünya kampaniya təşkil edərək qonşularını, dostlarını, ailə üzvlərini bu xüsusi mərasimə dəvət edəcəklər.

Yehovanın Şahidlərinin Bruklindəki (Nyu-York) ümumdünya baş idarəsinin nümayəndəsi C. Braun deyir: «Keçən il təxminən səkkiz milyon Yehovanın Şahidi insanları bu mərasimə dəvət etmişdilər. Təxminən 20 milyon insan Məsihin ölümünün anım günündə iştirak etdi. Bu il daha çox insanın gələcəyini gözləyirik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000