Kontentə keç

(Solda) Özümüzü qorumağın üsullarından biri evimizdə və ibadət evlərində ən çox toxunulan əşyaları və səthləri tez-tez silməkdir; (ortada) xəstəliyin yayıldığı bəzi ərazilərdə təbliğçilər digər üsullarla, məsələn, telefon vasitəsilə təbliğ edə bilər; (sağda) ağsaqqallar yerli vəziyyəti nəzərə alaraq təbliğçilərin görüşlərimizin videoyazısına baxmalarını təşkil edə bilərlər

3 MART 2020
DÜNYADAN XƏBƏRLƏR

Koronavirusla bağlı son məlumat və ondan qorunmağın yolları

Koronavirusla bağlı son məlumat və ondan qorunmağın yolları

Yehovanın Şahidlərinin baş idarəsi COVID-19 kimi tanınan koronavirusla bağlı vəziyyətlə yaxından maraqlanır. Biz bilirik ki, Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, xəstəliklər axırzamanın əsas əlamətlərindən biridir (Luka 21:11). Xəstəliklər baş qaldıranda özümüzü və başqalarını qorumaq üçün praktiki tədbirlər görmək vacibdir (Məsəllər 22:3).

Bacı-qardaşlar koronavirusun yayıldığı ərazilərdəki dindaşlarına görə narahat olurlar. Koronavirus ən çox İtaliya, Yaponiya, Cənubi Koreya və digər ölkələrdəki filial və yığıncaqların fəaliyyətinə böyük təsir göstərib. Hətta bəzi hallarda filiallar ekskursiyaları ləğv etməli və digər insanların filial ərazisinə daxil olmalarını dayandırmalı olub. Digər hallarda isə hökumət böyük ictimai tədbirləri keçirməyi qadağan edib, bu səbəbdən filiallar rayon toplantılarını ləğv etməli olub. Bundan əlavə, bəzi ərazilərdə yığıncaqlar görüşlərin cədvəlinə və təbliğ xidmətinə dəyişikliklər etməli olub. Bu çətinliklərə baxmayaraq, qardaşlar ruhani fəaliyyətdən qalmır və bir-birilərinə dəstək olurlar (Yəhuda 20, 21).

Qardaşlar sınaqdan keçmiş növbəti prinsiplərə riayət etməyi məsləhət görürlər. Xəstəlik sizin ərazidə yayılırsa, onların sizə və ailə üzvlərinizə xeyri dəyə bilər.

  • Panikaya düşməyin. Epidemiya haqda xəbərdarlıqlara ciddi yanaşmaq və qabaqlayıcı tədbirlər görmək vacibdir. Lakin bizim davranışımız və gördüyümüz tədbirlər qorxuya yox, faktlara əsaslanmalıdır (Məsəllər 14:15; Əşiya 30:15).

  • Hökumətin verdiyi göstəriş və tövsiyələrə əməl edin. Yerli hakimiyyət orqanları insanların sağlamlığını qorumaq üçün epidemiyalar zamanı çox vaxt qabaqlayıcı tədbirlər görür və müəyyən məhdudiyyətlər qoyur. Yaxşı olardı ki, həmin tədbirlərdən məlumatlı olasınız və göstərişlərə əməl edəsiniz (Romalılara 13:1).

  • Gigiyena qaydalarına ciddi riayət edin. Əllərinizi tez-tez sabunla yuyun, yaxud spirt tərkibli dezinfeksiya vasitələrindən istifadə edin. Evinizdə və ibadət evlərində ən çox toxunulan əşyaları və səthləri tez-tez silin. Həmçinin tibb mütəxəssisləri tövsiyə edirlər ki, xəstəlik yayılmasın deyə əllə salamlaşmayasınız. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı əlavə tövsiyələr də verib.

  • Başqalarına məhəbbət göstərin. Yığıncaqlara getmək və təbliğ etmək vacib olsa da, xəstələndikdə evdə qalın ki, başqalarını yoluxdurmayasınız. Bundan sizin qardaşlıq məhəbbətiniz görünəcək və siz qardaşları və başqalarını qorumuş olacaqsınız (Mətta 22:39).

  • Yığıncaq cədvəlinə edilmiş müvəqqəti dəyişikliklərə əməl edin. Xəstəliyin yayıldığı ərazilərdə filiala yığıncaq görüşlərini, rayon toplantılarını və digər teokratik tədbirləri müvəqqəti ləğv etmək lazım gələ bilər. Koronavirusun ən çox yayıldığı İtaliyanın, Yaponiyanın və Cənubi Koreyanın bəzi ərazilərində bu kimi tədbirlər artıq görülüb. Ağsaqqallar yerli vəziyyəti nəzərə alaraq təbliğçilərin öz evlərində görüşlərimizin videoyazısına baxmalarını təşkil edə bilərlər. Təbliğçilər telefon, mesajlar, elektron poçt və məktublar vasitəsilə təbliğ edə bilər.