Kontentə keç

24 YANVAR 2018
DÜNYADAN XƏBƏRLƏR

Kennet Kuk Rəhbərlik Şurasının üzvü təyin edilib

Kennet Kuk Rəhbərlik Şurasının üzvü təyin edilib

Çərşənbə günü səhər, 24 yanvar 2018-ci il tarixində Birləşmiş Ştatlar və Kanada Beytel ailəsinə elan edildi ki, Kennet Kuk Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü təyin edilib. Rəhbərlik Şurasına təyin olunmamışdan öncə Kennet Kuk qardaş Yazı komitəsinin köməkçisi olub.

Kennet Kuk qardaş 1982-ci il sentyabrın 1-i öncül xidmətinə, 1984-cü il oktyabrın 12-si Birləşmiş Ştatlardakı filialda xidmət etməyə başlayıb. Hal-hazırda Rəhbərlik Şurası səkkiz məsh olunmuş qardaşdan ibarətdir.

Yehovaya dua edirik ki, O, bütün dünyadakı Yehovanın Şahidlərinin fəaliyyətinə nəzarət etmək üçün Rəhbərlik Şurasına bundan sonra da xeyir-dua versin (1 Saloniklilərə 5:12, 13).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000