Kontentə keç

11 OKTYABR 2013-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Müqəddəs Kitabı araşdırmaq üçün yeni «JW Library» proqramı

Müqəddəs Kitabı araşdırmaq üçün yeni «JW Library» proqramı

7 oktyabr 2013-cü ildə Yehovanın Şahidləri Müqəddəs Kitabı araşdırmaq üçün «JW Library» proqramını buraxdılar. Bu yeni proqramın sayəsində ingilis dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış 2013-cü il nəşrini, eləcə də ingilis dilində olan digər beş tərcüməni oxumaq olar, misal üçün, «American Standard Version», «King James Version» tərcümələrini. Proqram gələcəkdə yeniləşəcək, istifadəçilər Müqəddəs Yazılara əsaslanan kitabları, jurnalları, broşüraları yükləyə biləcəklər. «JW Library» proqramını hal-hazırda iPad®, iPhone®, iPod touch®, eləcə də Android™ 2.3 və onun sonrakı versiyaları ilə işləyən cihazlarda və Windows 8 sistemləri olan kompüter və planşetlərdə işlətmək olar. Gələcəkdə Windows Phone 8 versiyası da olacaq.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000