Kontentə keç

28 MART 2018
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri Rusiyaya məktubyazma kampaniyasında qlobal birlik sərgilədi

Yehovanın Şahidləri Rusiyaya məktubyazma kampaniyasında qlobal birlik sərgilədi

Çərşənbə axşamı, 21 mart 2017-ci il tarixində Yehovanın Şahidlərinin Rəhbərlik Şurası beynəlxalq qardaşlığı Rusiya Federasiyasında fəaliyyətimizi qadağa etməklə hədələyən yüksək səlahiyyətli hakimiyyət nümayəndələrinə müraciət məktubları yazmağa səslədi. Rusiya hakimiyyət nümayəndələrinə çatan məktubların dəqiq sayı müəyyən edilə bilməsə də, yazanların bir neçəsi müraciətlərinin qəbuluna dair rəsmi təsdiq məktubları aldı. Rusiya hökumətinin bu məktublara əhəmiyyət verməməsinə və bacı-qardaşlarımızın ibadətinə maneə törətmək üçün öz hakimiyyətindən sui-istifadə etməsinə baxmayaraq, bu kampaniya Yehovanın təşkilatının qlobal birliyini göz önünə sərdi. Həmçinin bu, Rusiyadakı dindaşlarımıza açıq-aydın sübut etdi ki, bütün qardaşlıq birliyi onlara dəstək olmağa həmişə hazırdır (1 Butrus 2:17).

Boliviyadan olan balaca qız kampaniyada iştirak edir.

Bir çox Yehovanın Şahidi bu kampaniyada iştirak etmək üçün əllərindən gələn hər şeyi etdi. Bəzi ölkələrdə Rusiyaya məktub göndərmək çox xərc tələb etdiyindən daha çox maddi vəsaiti olanlar nisbətən az vəsaiti olanların bu kampaniyada iştirak edə bilmələri üçün səxavətlə kömək etdilər. Bəzi təbliğçilər məktublarını nəqliyyat xərci daha ucuz olan ölkələrdəki dostları vasitəsilə göndərdilər. Həmçinin məktubları birlikdə yazmaq və cəm halında göndərmək üçün bir çox ailələr və ya yığıncaqlar bir yerə toplaşdı. Bu yolla təbliğçilər nəinki xərclərə qənaət etdilər, həmçinin kampaniyanı unudulmaz ruhani tədbirə çevirdilər.

Məlumat əsasən, kampaniyaya poçt işçiləri də dəstək olub. Məsələn, Barrankilyada (Kolumbiya) poçt xidmətinin meneceri demişdi: «Mən aranızda mövcud olan ümumdünya birliyə və Rusiyadakı məsələ ilə bağlı yekdil olmağınıza heyran qaldım. Təsəvvür edə bilirəm, indi Barrankilyada baş verənlər dünyanın bütün şəhərlərində baş verir. Bu xəbər qlobal miqyasda yayılacaq və əminəm ki, əks-səda doğuracaq». Ansonda (Cənubi Koreya) bir poçt müdiri Yehovanın Şahidlərinin məktub göndərmələri üçün xüsusi pəncərə yaratdı və hətta bacı-qardaşlarımızı pulsuz olaraq beynəlxalq poçt üçün nəzərdə tutulmuş zərflərlə təmin etdi.

Qvineyada bacı-qardaşlar məktub yazmaq üçün bir yerə toplaşıb.

Yehovanın Şahidlərinin nümayəndəsi Yaroslav Sivulski deyir: «Rusiyadakı bacı-qardaşlar Rəhbərlik Şurasının onlardan ötrü ümumdünya məktubyazma kampaniyasına başladığından xəbər tutanda anladılar ki, məhkəmənin qərarından asılı olmayaraq, onlar imanda tək deyillər».

Rəhbərlik Şurasının üzvü Mark Sanderson deyir: «Bu məktubyazma kampaniyası Yehovanın xalqı arasındakı birliyi həmişəkindən daha aydın göstərdi. Bu dövrün sonu yaxınlaşdıqca xilas olmağımız üçün birlik çox vacib olacaq. Rusiyadakı məsələləri Yehovanın necə istiqamətləndirəcəyini gözlədiyimiz müddətdə bacı-qardaşlarımıza kömək etmək üçün bütün imkanlardan istifadə edəcəyik. Biz həmçinin Yehovaya yekdil şəkildə dua etməyə davam edəcəyik. Əminik ki, Allahımız onların qayğısına qalacaq» (Zəbur 65:2).

 

Avstriya

Boliviya

Bosniya və Herseqovina

Danimarka

Ekvador

Almaniya

Qana

Qvatemala

İndoneziya

Yaponiya

Nepal

Rumıniya

Ruanda

Slovakiya

İspaniya

Şri-Lanka

İsveçrə

Tanzaniya

Zambiya