29 NOYABR 2018
DÜNYADAN XƏBƏRLƏR
Rusiyanın polis işçiləri Krımda yaşayan Yehovanın Şahidlərinin evlərinə reyd keçirib
Cümə axşamı, 15 noyabr 2018-ci il tarixində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) təxminən 200 işçisi Krımda yaşayan Yehovanın Şahidlərinə məxsus səkkiz evə reyd keçirdi.
Silahlı və maskalı FSB işçiləri evlərə basqın edəndə iki Yehovanın Şahidi sarsıntı və güclü stress keçirdi. Nəticədə, onların qan təzyiqi qalxdı və onları xəstəxanaya apardılar. Həmçinin çox təəssüflə bildiririk ki, bir bacımız uşaq saldı.
Reyd zamanı polis işçiləri 78 yaşlı Aleksandr Ursu qardaşa fiziki güc tədbiq etdilər. Onu divara dirədilər, yerə yıxıb qandalladılar. Bundan əlavə, polis başqa bir neçə Yehovanın Şahidini sorğu-suala çəkdi.
Bu zaman yalnız Sergey Filatov qardaş (sağ tərəfdəki şəkildə) cinayətdə ittiham olundu. Hökumət nümayəndələri onu Rusiya Federasiyasının Krım yarımadasında tədbiq etdiyi Cinayət Məcəlləsinin 282.2 maddəsinin 1-ci bəndinə əsasən ittiham etdi. Bu 47 yaşlı dörd uşaq atası olan qardaşımız Krımda Rusiyanın anti-ekstremizm qanunu altında ittiham olunan ilk Yehovanın Şahididir.
Düzdür, reydlər və təqiblərlə bağlı hesabatlar dindaşlarımızın narahatçılığa səbəb olur. Amma biz Allahımız Yehovaya cəsarətlə üz tuturuq. Əminik ki, bu keşməkeşli axır günlərdə O, bizə qüvvət verəcək (Əşiya 41:10).