Kontentə keç

4 İYUN 2014-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidlərinin beynəlxalq konqresləri başlanır

Yehovanın Şahidlərinin beynəlxalq konqresləri başlanır

NYU-YORK. Yehovanın Şahidlərinin «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı üçgünlük beynəlxalq konqreslərindən birincisi 2014-cü il iyunun 6-da cümə günü səhər başlanacaq. Bu konqres Detroytin (ştat Miçiqan, ABŞ) «Ford-fild» stadionunda keçiriləcək. Konqresin proqramının ayrı-ayrı hissələri Arizona, Florida İllinoys, Kaliforniya, Missuri, Nyu–Cersi və Şimali Karolina ştatlarında keçirilən digər konqreslərə translyasiya ediləcək və alban, Koreya, polyak və portuqal dillərinə tərcümə olunacaq.

Yehovanın Şahidlərinin Bruklində (Nyu–York) yerləşən baş idarəsinin təmsilçisi Ceyms Braun deyir: «Videotranslasiya olacaq Detroytdəki və digər şəhərlərdəki Yehovanın Şahidləri son üç həftə ərzində öz yaxınlarını bu möhtəşəm tədbirdə iştirak etməyə şəxsən dəvət etmişlər. Detroytdə Almaniya, Avstraliya, Kanada və Tayvandan gələn 2000-dən çox xarici nümayəndələr də daxil olmaqla, təxminən 45000 insanın iştirak edəcək. Biz orada müxtəlif mədəniyyətlərdən olan insanları görəcəyimizə ümid edirik».

Yay ərzində Yehovanın Şahidləri ABŞ-ın 10 ştatında yerləşən böyük stadionlarda 16 beynəlxalq konqres keçirəcəklər. Bəzi yerlərdə proqram tam və ya qismən alban, Amerika jest dili, çin (kanton dialekti), erməni, ərəb, fars, fransız, Haiti-kreol, ilok, İndoneziya, ispan, italyan, Koreya, mandarin, Marşall, polyak, rumın, rus, Samoa, taqal, truk, tvi, Vyetnam, yapon və yunan dillərində təqdim olunacaq. 2014-cü ilin iyun ayından başlayaraq 2015-ci ilə qədər Yehovanın Şahidləri Almaniyada, Avstraliyada, Cənubi Koreyada, Ekvadorda, İngiltərədə, Meksikada, Yunanıstanda və Zimbabvedə beynəlxalq konqreslər keçirəcəklər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, Ceyms Braun, tel.: +1 718 560 5000