15 MAY 2014-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR
Yehovanın Şahidlərinin beynəlxalq konqreslər barədə verdiyi elanlar
NYU-YORK. Yehovanın Şahidləri elan ediblər ki, 2014-cü ilin iyun ayından 2015-ci ilin yanvar ayınadək müxtəlif ölkələrdə üçgünlük beynəlxalq konqreslər keçiriləcək. Bu silsilə konqreslər Birləşmiş Ştatlardan başlayıb Almaniya, Avstraliya, Cənubi Koreya, Ekvador, İngiltərə, Meksika, Yunanıstan və Zimbabvedə davam edəcək. Bu beynəlxalq hadisə Yehovanın Şahidlərinin hər il keçirdikləri regional konqreslərlə eyni vaxta təsadüf edəcək.
Beynəlxalq konqreslərə müxtəlif ölkələrdən nümayəndələr gələcəklər və onların arasında xüsusi təyinatlı müjdəçilər də olacaq. Yehovanın Şahidlərinin Bruklində (Nyu–York) yerləşən baş idarəsinin təmsilçisi Ceyms Braun deyir: «Bizim beynəlxalq konqreslərimiz təmtəraqlı və sevindirici hadisədir. Biz əminik ki, ailəmiz və dostlarımızla gəldiyimiz bu xüsusi konqreslər yalnız bizə yox, hamıya xoş təəssürat bağışlayacaq».
Konqresin mövzusu «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlanır. Ceyms Braun deyir: «Proqram Müqəddəs Kitabın əsas mövzusunu və Yehovanın Şahidlərinin iki əsas təlimini açıqlayacaq: Allahın Padşahlığı 1914-cü ildə qurulub və Padşahlığın Padşahı İsa Məsihdir. Konqres Allahın Padşahlığının 100 illiyinə həsr olunub».
Bütün dünyada Yehovanın Şahidləri insanları yaxınlıqda keçirilən konqresə dəvət edəcəklər. Yehovanın Şahidlərinin bütün görüşlərində olduğu kimi giriş sərbəstdir və pul yığılmır.
2014-cü ilin «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı konqresinin dəqiq vaxtını və harada keçiriləcəyi barədə məlumatı Yehovanın Şahidlərinin rəsmi veb-saytı olan jw.org saytından öyrənə bilərsiniz. Media nümayəndələri konqresin məlumat xidmətinin əlaqə nömrələrini və ya konqreslə bağlı digər məlumat mənbələrinin nömrələrini öyrənmək üçün Yehovanın Şahidlərinin filiallarına müraciət edə bilərlər.
Əlaqə üçün:
Beynəlxalq: məlumat xidməti, Ceyms Braun, tel.: +17185605000