13 MART 2014-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR
Yehovanın Şahidləri Müqəddəs Kitabın yenidən baxılmış nəşrini iri ölçüdə çap edirlər
NYU-YORK. Müqəddəs Kitabı daha çox insanın oxuya bilməsi üçün daima çalışan Yehovanın Şahidləri «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrini iri ölçüdə çap etməyə başlayıblar. ABŞ-da və Yaponiyada çap edilən bu nəşrin ilk tirajı 424000 ədəd olub.
Yehovanın Şahidləri 2013-cü il 5, 6 oktyabr tarixlərində 31 ölkəyə yayımlanan xüsusi görüş keçirmişdilər. Bu görüşdə adi ölçüdə olan «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin buraxılışı barədə elan səslənmişdi. Bu nəşr 1984-cü ildən bu yana yenidən baxılan ən dəqiq tərcümədir. 2013-cü il oktyabrın 7-də Yehovanın Şahidləri Müqəddəs Kitabın bu tərcüməsini müxtəlif əməliyyat sistemlərində işləyən və indiyədək təxminən 1,4 milyon dəfə yüklənən JW Library proqramı formasında buraxıblar. Üstəlik, bu tərcüməni jw.org saytından müxtəlif formatlarda da yükləmək mümkündür.
Hər formatda olan bu tərcümədə 60000-ə yaxın çarpaz istinad var. Bunların sayəsində oxucu Müqəddəs Kitabda qələmə alınan hadisələrin kontekstini daha yaxşı başa düşə bilər. Bundan başqa, orada rəngli diaqramlar, Müqəddəs Kitabda adı çəkilən ölkə və ərazilərin xəritələri və o dövrün gündəlik həyatını təsvir edən şəkillər yer alıb. Əlavələr bölməsində Müqəddəs Kitabın tərcüməsi zamanı riayət olunan prinsiplərdən, onun necə qələmə alındığından və qorunduğundan bəhs edilir onun necə yazıldığından və qorunduğundan bəhs edilir.
1984-cü ilin «Yeni Dünya Tərcüməsi»nin mətnində Allahın adına təxminən 7000 dəfə rast gəlinirdi. Ancaq Müqəddəs Kitabın ən qədim əlyazmaları araşdırıldıqdan sonra Allahın adının olduğu yeni ayələr aşkar edilmiş və bu, 2013-cü ilin yenidən baxılmış nəşrində əks olunmuşdur. Ölü dəniz və digər qədim əlyazmaların tədqiqinə əsaslanaraq Allahın adı daha altı ayəyə əlavə edilib: Hakimlər 19:18; 1 Şamuel 2:25; 6:3; 10:26; 23:14, 16. Əlavələr bölməsində Allahın adının qədim ibrani və yunan dillərində necə istifadə edildiyidən bəhs edilir, eləcə də Müqəddəs Kitabın bəzi müasir dil və dialektlərə edilən tərcümələrdə Allahın adının necə yazıldığını göstərən bir siyahısı gətirilir.
Yehovanın Şahidləri artıq neçə onilliklərdir ki, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni çap edir, paylayır və tərcümə edirlər. Alimlər bu tərcüməni dəqiqliyinə görə yüksək qiymətləndirirlər. İlk dəfə bu tərcümə tam şəkildə 1961-ci ildə ingilis dilində çap edilmişdi. 1963-cü ildə isə «Nyu-York Tayms» qəzetində xəbər verilirdi ki, Şahidlərin «Yanki» stadionunda keçirdikləri konqresdə elan etdikləri kimi, bu nəşr daha altı dilə tərcümə ediləcək. Artıq bu tərcümə 120-dən çox dildə var. Bir neçə il bundan əvvəl Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi Komitəsi bu tərcüməyə yenidən baxmaq qərarına gəldi. Onların məqsədi mətni müasir dilə uyğunlaşdırmaq və bəzi ifadələri dəqiqləşdirmək idi ki, oxunuşu daha asan və başadüşülən olsun. Bunların hamısı 2013-cü ilin nəşrində öz əksini tapıb.
Yehovanın Şahidlərinin ümumdünya baş idarəsindəki təmsilçisi Ceyms Braun deyir: «Əlli il bundan əvvəl “Yeni Dünya Tərcüməsi”ni almaq nə qədər sevindirici idisə, yenidən baxılmış nəşri almaq ondan da sevindiricidir. Məqsədimiz dəqiq, ədəbli və müasir dildən istifadə edərək Müqəddəs Yazıları hamı üçün başadüşülən etməkdir».
Əlaqə üçün:
Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000