Kontentə keç

2014-cü il 9 OKTYABR
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri tüğyan edən Ebola virusu ilə mübarizə aparır

Yehovanın Şahidləri tüğyan edən Ebola virusu ilə mübarizə aparır

NYU–YORK. Ölümcül Ebola virusu Qərbi Afrikada tüğyan edir. Yehovanın Şahidləri öz dindaşlarını bu xəstəliklə və onun profilaktikası ilə bağlı məlumatlandırır.

Ebola virusunun Qvineyada baş qaldırdığı və ildırım sürətilə qonşu Liberiya və Syerra–Leonedə yayıldığı barədə məlum olanda Yehovanın Şahidlərinin həmin ərazidəki filialları dərhal həmin ölkələrdəki yığıncaqlara xəbərdarlıq məktubu göndərdi. Məktubda hökumət orqanlarının xəstəliklə bağlı göstəriş və məsləhətlərindən savayı, virusun nə dərəcədə təhlükəli olduğu, necə keçdiyi və onun yayılmaması üçün lazım olan profilaktik tədbirlər barədə yazılmışdı. Yehovanın Şahidlərinin Syerra–Leonedəki nümayəndəsi Kolin Atik deyir: «Burada insanların daxili xəstəliklər barədə məlumatı çox azdır, eyni zamanda Ebola virusunun mənşəyi barədə çoxlu yalan məlumatlar yayılıb. Buna görə də əvvəl-əvvəl insanlar çaşqınlıq içində idilər, bilmirdilər nə etsinlər. Ancaq Padşahlıq zallarında səslənən göstərişləri eşidən yığıncaq üzvlərimiz dərhal onlara əməl etməyə başladılar».

İyul ayında Yehovanın Şahidlərinin səyyar təmsilçiləri Syerra–Leonedəki və Qvineyadakı hər yığıncağa iki gün ərzində baş çəkmişlər. Onlar hər bir yığıncaqda «İtaətkarlıq həyatı xilas edir» adlı məruzə ilə çıxış etmişdilər. Məqsəd dinləyicilərə xəstəlikdən qorunma yollarını izah etmək və ən son göstərişlərə əməl etməyə təşviq etmək idi. Bu proqram 2014-cü ilin noyabr ayına kimi davam edəcək. Yehovanın Şahidləri həmçinin Qvineyada, Liberiyada və Syerra–Leonedə ibadət yerlərinin girişində dezinfeksiyaedici maye qatılmış su ilə təchiz edilmiş əlüzyuyanlar qoyublar. Bu ölkələrdəki Yehovanın Şahidlərinin əksəriyyəti öz evlərində də bu cür əlüzyuyanlar qoyublar.

Bu ailə virusa yoluxmamaq üçün Monroviyanın (Liberiya) şərqində yerləşən Dolo Taunda elan olunmuş karantinə riayət edir. Karantin 2014-cü il 8 sentaybrda ləğv olundu.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü il oktyabr ayının 1-də dərc etdiyi məlumata görə, Ebola virusu bu dəfə tüğyan edəndə Qərbi Afrikada 7178 yoluxma halı qeydə alınıb və 3300 adam həyatını itirib. Ancaq bu rəqəmin artacağı gözlənilir. Oktyabrın 2-si üçün olan məlumata görə, Qvineya və Syerra–Leonedə yaşayan 2800 Yehovanın Şahidindən yalnız bir nəfər, tibb bacısı işləyən bir qadın Ebola virusuna yoluxmuş və 2014-cü il sentyabrın 25-də vəfat etmişdi. Liberiyada yaşayan 6365 Yehovanın Şahidindən 10 nəfəri yoluxma nəticəsində həyatını itirib, onlardan 6-sı səhiyyə işçisi olub. Virus təzəlikcə Nigeriyada da yayılıb, amma Yehovanın Şahidlərindən heç kim bu virusa yoluxmayıb. Bu ölkələrdə xidmət edən xüsusi təyinatlı müjdəçilərin bu virusa yoluxma halları müşahidə olunmayıb. Virus yayılmağa başlayanda onlardan çoxu məzunuyyətdə, yaxud Avrovada və Birləşmiş Ştatlarda konqresdə olublar. Onlardan bəziləri bu yaxınlarda xidmət etdikləri yerə qayıdıblar. Onlar ehtiyat tədbirlərinə və filialın göstərişlərinə riayət edir. Digərləri isə aviareyslər təxirə salındığından və ya başqa səbəblər ucbatından hələ ki qayıda bilmirlər.

İbadət görüşünə gələnlər girişdə əllərini yuyurlar (Syerra–Leone)

Yehovanın Şahidlərinin sırasından olan könüllülərdən ibarət yardım komitələri həmimanlılarına öz ailələrinin, eləcə də Qərbi Afrikanın Ebola virusundan daha çox zərər çəkmiş ölkələrində yaşayan bacı-qardaşlarının ehtiyaclarını ödəməyə kömək edirlər. Liberiyadakı Yehovanın Şahidlərinin təmsilçisi Tomas Nayin deyir: «Müqəddəs Kitabın təmizlik və karantinlə bağlı qaydalarına riayət etmək bizə üzləşdiyimiz vəziyyətin öhdəsindən gəlməyə kömək edir. Üstəlik, biz Müqəddəs Kitaba zidd gedən dəfn adət-ənənlərindən qaçırıq. Bu, bütün dindaşlarımızı qoruyur, xüsusilə də belə çətin anlarda».

Syerra–Leone radiolarından birində Yehovanın Şahidlərinin öz dindaşlarına və başqa insanlara Ebola virusuna yoluxmamaq üçün necə kömək etdikləri barədə danışılmışdı. Həmin ölkənin hökümət nümayəndələri Yehovanın Şahidlərindən xaiş etmişdilər ki, onların yardım komitələri dövlət orqanlarına kömək etsinlər.

Yehovanın Şahidlərinin Nyu-Yorkdakı baş idarəsinin beynəlxalq təmsilçisi Ceyms Braun deyir: «Qərbi Afrikadakı dindaşlarımızın ehtiyatla davrandığını, eyni zamanda ruhani fəaliyyətdən qalmadıqlarını və əllərindən gəldiyi qədər Müqəddəs Kitabın maarifləndirmə işi ilə məşğul olduqlarını görmək çox xoşdur. Biz Ebola epidemiyası ilə mübarizə aparan ruhani bacı-qardaşlarımızı və başqa insanları daim xatırlayır və onlar üçün dua edirik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Qvineya: Terri Purtye, tel.: +224 631 40 96 50

Liberiya: Tomas Nayin, tel.: +231 886 513 414

Nigeriya: Pol Endryu, tel.: +234 7080 662 020

Syerra–Leone: Kolin Atik, tel.: +232 77 850 790