Kontentə keç

16 MAY 2013-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidlərinin «Allahın Sözü həqiqətdir!» adlı vilayət konqreslərinə start verildi

Yehovanın Şahidlərinin «Allahın Sözü həqiqətdir!» adlı vilayət konqreslərinə start verildi

NYU–YORK. Yehovanın Şahidləri illik konqreslərinə və insanları konqresə dəvət etmək kampaniyasına başlayıblar. Builki konqres «Allahın Sözü həqiqətdir!» adlanır. Birləşmiş Ştatlarda may ayından start götürən bu konqresin dekabra qədər bütün dünyada keçirilməsi nəzərdə tutulur.

Yehovanın Şahidlərinin təmsilçisi C. R. Braun qeyd edir: «Konqresin builki mövzusu əhəmiyyətlidir, çünki orada Yehovanın Şahidi olan ailələr üçün ailə dəyərləri vurğulanır. Şahidlər Müqəddəs Kitabı bu çətin zəmanədə ən etibarlı rəhbərlik və məsləhətlər mənbəyi hesab edirlər. Zənnimizcə, digər insanlar da müxtəlif mövzularda praktiki məsləhətlərlə zəngin olan bu proqramı bəyənəcəklər və fayda əldə edəcəklər».

C. R. Braun qeyd edir ki, Müqəddəs Kitabın şəxsi araşdırılması Şahidlər üçün ən ümdə məsələlərdən biridir. Yehovanın Şahidləri hər həftə bir gün təyin edib həmin axşamı ailəlikcə Müqəddəs Kitabın mütaliəsinə həsr edirlər. Bu, ailəvi ibadət adlanır. Builki konqresdə Müqəddəs Kitabı ailəlikcə və şəxsi olaraq araşdırmaq üçün yeni vəsaitlər təqdim olunacaq. C. R. Braun əlavə edir: «Konqreslərdə çıxan bu ədəbiyyatları Yehovanın Şahidləri hər il böyük səbirsizliklə gözləyirlər».

Siz www.pr418.com/az-latn saytından Yehovanın Şahidlərinin 2013-cü ildə keçirilən «Allahın Sözü həqiqətdir!» adlı vilayət konqresinin dəqiq yerini və vaxtını öyrənə bilərsiniz. Konqres haqda reportaj hazırlamaq istəyən müxbirlər, yerli media nümayəndəsinin adı da daxil olmaqla, əlavə məlumat üçün Yehovanın Şahidlərinin filialına müraciət edə bilərlər.

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +17185605000