Kontentə keç

11 OKTYABR 2013-CÜ İL
DÜNYADAN XƏBƏRLƏR

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri

2013-cü il oktyabrın 5-də keçirilən xüsusi görüşdə Yehovanın Şahidləri Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin ingilis dilində yenidən baxılmış nəşrinin çıxdığını elan etdilər. Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi Komitəsi ingilis dilində baş verən dəyişiklikləri nəzərə alaraq mətndə dəyişikliklər etdi, müəyyən ifadələri aydınlaşdırdı. Bunun sayəsində Müqəddəs Kitab daha səlis oxunan və başadüşülən oldu. Ölü dəniz və digər qədim əlyazmaların araşdırılması nəticəsində Allahın adı altı yerdə — Hakimlər 19:18; 1 Şamuel 2:25; 6:3; 10:26; 23:14, 16 ayələrinə əlavə olundu. Bu Müqəddəs Kitabın PDF formatını, eləcə də yeni «JW Library» proqramındakı elektron versiyasını www.pr418.com saytından pulsuz yükləmək olar.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000