13 MART 2019
EFİOPİYA
Efiopiya Hava Yollarına məxsus təyyarə qəzasında bir Yehovanın Şahidi həlak olub
Bazar günü, martın 10-u Efiopiya Hava Yollarına məxsus 302 saylı reys üzrə uçuşu həyata keçirən təyyarə Efiopiyanın paytaxtı Əddis-Əbəbədən göyə qalxandan az sonra qəzaya uğrayıb. Təyyarədə olan 157 nəfərin hamısı həlak olub.
Əfsuslar olsun ki, bacımız Rozmari Mumbi təyyarə qəzasında həlak olanların arasında olub. Mumbi bacı 66 yaşında idi və o, İtaliyanın Roma şəhərindəki Roma Manzoni ingilis yığıncağında tamvaxtlı xidmətçi kimi xidmət edirdi.
Bu dəhşətli itkiyə görə çox üzülürük. Biz, Mumbi bacı da daxil olmaqla, Yehovanın Öz sadiq xidmətçilərini dirildərkən onları qarşılayacağımız vaxtı səbirsizliklə gözləyirik (Vəhy 20:13).