Kontentə keç

9 MART 2022
EKVADOR

İncilin «Yeni Dünya Tərcüməsi» indi kiçua dilinin çimboraso və imbabura dialektlərində

İncilin «Yeni Dünya Tərcüməsi» indi kiçua dilinin çimboraso və imbabura dialektlərində

Şənbə günü, 5 mart 2022-ci il tarixində Ekvador filialının komitə üzvü Alan Kosta İncilin «Yeni Dünya Tərcüməsi»nin kiçua dilinin çimboraso və imbabura dialektlərində (kiçua dilinin Ekvadorda əsas dialektləri) elektron və çap formatlarda buraxıldığını elan etdi. Görüşə təbliğçilər canlı yayımla baxdılar.

İmbabura Tərcümə ofisi. Ofis ölkənin paytaxtı Kito şəhərindən 90 kilometr şimalda olan Otavalo şəhərində, And dağlarının qoynunda yerləşir

Kiçua dilində danışan insanların əksəriyyəti And dağlarında — dəniz səviyyəsindən haradasa 2700—3700 metr yüksəklikdə yaşayır. Onlar çox mehriban, əliaçıq, qonaqpərvər insanlardır. Əhalinin çoxu Allaha inanır və Müqəddəs Kitaba hörmətlə yanaşır.

1990-cı illərdə Yehovanın Şahidləri nəşrlərini unifikasiya edilmiş kiçua dilinə tərcümə edirdilər. Unifikasiya edilmiş kiçua dili bütün Ekvadorun ərazisində danışılan kiçua dialektlərinin qarışığıdır. Amma həmin vaxt Padşahlıq haqqında müjdəyə hay verənlərin sayı çox az idi. Qardaşlar başa düşdü ki, həqiqət ürəklərə yol tapsın deyə nəşrləri hər dialektə ayrı-ayrılıqda tərcümə etmək lazımdır.

Çimboraso Tərcümə ofisi. Ofis Kito şəhərindən 208 kilometr cənubda olan Riobamba şəhərində yerləşir

Kiçua tərcümə qruplarına ölkənin müxtəlif ərazilərində yaşayan təbliğçilər kömək edirdilər. Onlar tərcümə edilmiş materialları oxuyurdular. Tərcüməçilərdən biri İncili çimboraso dialektinə tərcümə etməyin çətinlikləri barədə danışaraq deyir: «Oxucuların rəyləri sayəsində İncili tərcümə edərkən tarazlığı qoruya bildik». İmbabura dialektinə tərcümə edən tərcüməçi isə belə deyir: «Bütün layihə boyu Yehova bizə rəhbərlik etdi. Mən şəxsən əmin oldum ki, O, hər kəsin Onun Kəlamını oxumağını və başa düşməyini istəyir».

«Hər cür insanın... Xilaskarı» olan Yehova Allaha xidmət edən bacı-qardaşlar üçün hər iki tərcümə əsl hədiyyədir (1 Timutiyə 4:10).