24 İYUN 2019
EKVADOR
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Ekvador, Quayakil)
Tarix: 14—16 iyun 2019-cu il
Məkan: «Monumental Banko Piçinça» stadionu (Ekvador, Quayakil)
Proqramın dilləri: Ekvador jest dili, ingilis, ispan
İştirakçıların ən yüksək sayı: 53055
Vəftiz olunanların ümumi sayı: 702
Beynəlxalq nümayəndələrin sayı: 5300
Dəvət olunmuş filiallar: Argentina, Belçika, Boliviya, Mərkəzi Amerika, Kolumbiya, Kuba, Qazaxıstan, Koreya, Moldova, Myanma, Polşa, İspaniya, ABŞ
Yerli ərazidə baş vermiş hadisə: «Barselona» idman klubunun prezidenti və «Monumental Banko Piçinça» stadionunun sahibi Xose Fransisko Sevalos deyib: «Bizim nə indi, nə də əvvəlki illərdə keçirdiyiniz toplantılarla bağlı heç bir problemimiz olmayıb. Bu, toplantılarınızda gördüyümüz gözəl davranış və nizam-intizamınızdan xəbər verir. Çətin olsa da, bu kimi tədbirləri yüksək səviyyədə təşkil etmək sizə çox xasdır. Siz yaxşı insanlarsınız — çox savadlı, tərbiyəli və intizamlısınız. Biz bütün ölkə və şəhərlərə Yehovanın Şahidlərinin öz tədbirlərini keçirmələrinə kömək etməyi tövsiyə edirik».
Nümayəndələr Ekvador Beytelinə ekskursiya zamanı şəkil çəkdirirlər
Yerli bacı-qardaşlar nümayəndələrlə xidmətdə
Beynəlxalq nümayəndələr toplantının ilk günündə birgə nəğmə oxuyurlar
Vəftiz olunan 702 nəfərdən bəziləri
Nümayəndələr proqram zamanı qeydlər aparırlar
Nümayəndələr əlləri ilə məhəbbət bildirən Koreya jestini göstərirlər
Rəhbərlik Şurasının üzvü Kenet Kuk şənbə günü yekun məruzə ilə çıxış edir
Dəvət olunmuş xüsusi tamvaxtlı xidmətçilər toplantının sonuncu günü hamı ilə vidalaşırlar
Yerli bacı-qardaşlar nümayəndələr üçün təşkil olunmuş xüsusi axşam tədbirində rəqs ifa edirlər