16 MART 2021
EKVATORİAL QVİNEYA
Ekvatorial Qvineyada güclü partlayışlar
Məkan
Bata şəhərinin Mondonq Nkuantoma rayonu
Fəlakət
7 mart 2021-ci il tarixində Ekvatorial Qvineyanın ən iri şəhərində yerləşən hərbi bazada böyük dağıntılara səbəb olan bir neçə partlayış baş verib.
Bacı-qardaşlara təsiri
12 təbliğçi cüzi xəsarət alıb
42 təbliğçi evlərini tərk etməli olub
1 bacının 9 yaşlı qızı ağır vəziyyətdədir
Bəzi təbliğçilərin Yehovanın Şahidi olmayan qohumları həlak olub
Əmlaka dəyən ziyan
23 evə cüzi ziyan dəyib
6 evə ciddi ziyan dəyib
6 ev dağılıb
Yardım işləri
Fəlakət zonasında yardım işlərinə nəzarət edən Zərərçəkənlərə yardım komitəsi təyin olunub. Komitə rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə zərərin həcmini müəyyən edir və lazım olan köməyi göstərir.
Rayon nəzarətçiləri və ağsaqqallar təbliğçilərə Müqəddəs Kitabdan təsəlli verirlər.
Yardım işlərində iştirak edənlər COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl edir.
Dua edirik ki, zərər çəkmiş bacı-qardaşlar bundan sonra da sığınacaq üçün Yehovaya üz tutsunlar (Zəbur 46:1).