29 YANVAR 2021
ERİTREYA
Eritreyada daha bir Yehovanın Şahidi həbsdən azad edildi
29 yanvar 2021-ci il tarixində imanına görə 12 il həbsdə olmuş qardaş azadlığa buraxılıb. Qeyd edək ki, 4 dekabr 2020-ci il tarixində digər 28 Yehovanın Şahidi azad edilmişdi. Bu çox sevindirici xəbərdir. Eritreyada hələ də həbsdə qalan 23 bacı-qardaş üçün dua etməyə davam edirik (İbranilərə 13:3).