Kontentə keç

ERİTREYA

Mühüm hadisələr. Eritreya

Mühüm hadisələr. Eritreya
  1. APREL 2014—Hökumət ibadət görüşlərində iştirak etdikləri üçün 120-dən çox Yehovanın Şahidini (kişiləri, qadınları və uşaqları) həbs edir. Onların çoxu sonra azadlığa buraxılır

  2. 8 İYUL 2008—Hökumət nümayəndələri evlərdə, iş yerlərində reydlər keçirir və 24 Yehovanın Şahidini həbs edir

  3. MAY 2002—Hökumət dövlətin icazə verdiyi dörd dini icmadan başqa qalan hamısını qadağan edir

  4. 25 OKTYABR 1994—Prezidentin fərmanı ilə Yehovanın Şahidləri vətəndaşlıqdan və əsas hüquqlardan məhrum edilir

  5. 17 SENTYABR 1994—Məmurlar Paulos Eyassu, İsaak Moqos və Negede Teklemariamı rəsmi ittiham irəli sürmədən həbs edir

  6. 1994—Hökumət Yehovanın Şahidlərini həbsə salmağa başlayır

  7. 27 APREL 1993—Eritreya Efiopiyadan ayrıldığını və müstəqil olduğunu elan edir

  8. 1954—Yehovanın Şahidləri kiçik qrup şəklində ibadət üçün toplaşmağa başlayır