Kontentə keç

FƏLƏSTİN ƏRAZİSİ

Fələstin ərazisi

Fələstin ərazisi

Yehovanın Şahidləri indiki Fələstin ərazisində 1919-cu ildən fəaliyyət göstərir. 1920-ci ildə Ramullahda, 1942-ci ildə Beytləhmdə yığıncaq təşkil olunub. 1948-ci ildə baş verən müharibə nəticəsində torpaqlar iki yerə bölündü. Ərazinin bir hissəsində yeni İsrail dövləti quruldu. Digər hissəsi isə İordaniyanın tabeliyinə keçdi. Təxminən 20 il ərzində İsrail və Fələstin ərazisindəki Yehovanın Şahidlərinin bir-biriləri ilə əlaqə yaratmaq imkanları yox idi. 1967-ci ildə baş verən altı günlük müharibədən sonra hər iki ölkədəki Yehovanın Şahidləri arasında əlaqə bərpa olundu və onlar yenidən İordan çayının qərb sahillərində birgə ibadət görüşləri keçirə bildilər.

Yehovanın Şahidləri Fələstin ərazisində qeydiyyatdan keçmək üçün göstərdikləri cəhdlərə baxmayaraq, hökumət nümayəndələrinin razılığını ala bilmədilər. Oradakı Yehovanın Şahidləri ibadət görüşləri keçirə və etiqadlarını başqaları ilə bölüşə bilsələr də, hüquqi qeydiyyatdan keçmədikləri üçün bəzi vətəndaş hüquqlarından yararlana bilmirlər. Yehovanın Şahidləri fundamental hüquqlara sahib olmaq və müəyyən hüquqi status əldə etmək üçün əllərindən gələni edirlər.